Gürcüstan hökuməti regionların inkişafına diqqəti artırıb
Tbilisi, 23 iyul, AZƏRTAC
Gürcüstan regionun inkişafında əsas ölkələrdən biridir. Biz ölkəmizin iqtisadiyyatını inkişaf etdirməklə mövqelərimizi daha möhkəmləndiririk.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri Mamuka Baxtadze dövlət tərəfindən bölgələrdə həyata keçirilən layihələrə həsr olunan təqdimat mərasimində bildirib.
Baş Nazir deyib ki, hökumət regionların inkişafına xüsusi diqqət ayırır. Güclü regionlar güclü Gürcüstan deməkdir. Buna görə də bölgələrin inkişafı hökumətimizin ən vacib prioritetlərindən biridir. Onun sözlərinə görə, bu il Gürcüstanda infrastruktur layihələrinin maliyyələşdirilməsi 20 faiz artıb.
M.Baxtadze qeyd edib ki, 2019-cu ildə Gürcüstanda infrastruktur layihələrinin həyata keçirilməsinə ayrılan vəsait ölkənin müstəqillik tarixində bu sahəyə ayrılmış ən böyük həcmli vəsaitdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [15:01]
İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:02]