Azərbaycan Dövlət İnformasiya Agentliyi

GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN BƏYANATI

- Hesab edirəm ki, bu gün həqiqətən mühüm gündür, çünki biz nəinki iqamətgahı və Katibliyi Ukrayna paytaxtında olacaq yeni beynəlxalq təşkilat yaratdıq, həm də ölkələrimizdə yaranmış yeni reallıqları, son illər ölkələrimiz arasında meydana gəlmiş yeni maraqları əks etdirdik.

Düşünürəm ki, bütün maneələrə baxmayaraq, ölkələrimiz çox dinamik inkişaf edir, maraqlı çox hadisələr baş verir. GUAM-ın üzvü olan ölkələrin beynəlxalq nüfuzu, təsiri son vaxtlar ciddi şəkildə artmış və möhkəmlənmişdir.

İqtisadiyyatımız inkişaf edir. Məsələn, birlikdə götürdükdə, bu il biz Gürcüstanda son 15 ildəkindən daha çox xəstəxana, məktəb, yollar, digər infrastruktur obyektləri tikirik. Qonşumuz Azərbaycanda, GUAM-ın üzvü olan digər ölkələrdə də bu cür proseslər gedir. Təbii ki, bu, yeni qurumlarla möhkəmləndirilməlidir. Çox mühümdür ki, Ukraynaya, Gürcüstana, Moldovaya qarşı iqtisadi sanksiyaların real şəkildə elan olunduğu bir dövrdə, yeni qadağalar və maneələr dövründə biz ölkələrimiz arasında azad ticarət rejimi tətbiq edilməsinə razılıq verdik. Bu, bütün ölkələrə, bütün vətəndaşlara, bütün istehsalçılara, bütün ixracçılara və idxalçılara sərfəlidir. Düşünürəm ki, bütün bunlar tam konkret nəticəsini verəcəkdir.

Biz beynəlxalq kriminalla, onun yerdəyişmələri, əlaqələri ilə birlikdə mübarizə aparmaq barədə razılığa gəldik. Bunu xatırlamaq kifayətdir ki, Gürcüstan həbsxanalarında bu yaxınlarda baş verən iğtişaşları Ukraynada məskən salmış və burada yerli hakimiyyət orqanları tərəfindən tutulmuş gürcü kriminal ünsürləri təşkil etmişdilər. Ölkələrimiz arasında yaxşı əlaqə yaradılmışdır. Təəssüf ki, heç də bütün ölkələr bu işdə yaxşı iştirak etmirlər. Mən elə ölkə tanıyıram ki, orada hər hansı gürcü kriminal nüfuz sahibi özünü azad-asudə hiss edir, necə ki, XVIII əsrdə amerikalı kriminal şəxslər Kanadaya asanlıqla gedirdilər. Lakin orada hər şey dəyişmişdir. Lakin həmin ölkəyə isə təkcə gürcü kriminalları deyil, ukraynalı və digər kriminallar da gedir və təəssüf ki, orada özlərinə sığınacaq tapa bilirlər.

Lakin biz əməkdaşlıq aparacaq və bu məsələləri həll edəcəyik. Siyasi sahədə əməkdaşlıq etdiyimiz kimi, kriminalla, separatizmlə də mübarizə aparacağımızı bildiririk. Düşünürəm ki, Ukrayna Dnestryanı bölgə ilə sərhəddə xüsusi nəzarət tətbiq olunması haqqında Moldova ilə razılığa gəldikdə, Ukrayna Prezidenti qeyri-adi siyasi cəsarət və dövləti mövqe nümayiş etdirdi. Zənnimcə, bu, həmin məsələnin həllinin rəhnidir, üstəlik, hamımıza ümid verir və belə vəziyyətdə necə hərəkət etməyin vacibliyi barədə digərlərinə nümunə göstərir. Həqiqətən, ilk nəticə, məncə, göz qabağındadır və Dnestryanı bölgə probleminin nizama salınması prosesi “ölü nöqtə”dən çıxıb irəliləməyə başlayır və bu, hamımıza ümid verir.

Biz mürəkkəb vəziyyətdə bir-birinə neçə kömək etmək nümunələri nümayiş etdirdik - Ukrayna öz elektrik enerjisini Moldova ilə bölüşdü, Gürcüstanın enerji sistemlərinə qarşı sabotaj edildikdə Azərbaycan rəhbərliyi qışın çox soyuq günlərində daxili istehlakçılara verilən qazın azaldılması haqqında qərar çıxararaq, qazın bir hissəsini Gürcüstan əhalisi ilə bölüşdü. İnsanlar belə yaxşılıqları heç vaxt unutmurlar, onlar bunu uzun müddət xatırlayacaqlar, ağır gündə kimin bizə kömək əlini uzatdığını, kimlərinsə, təəssüflər olsun, problemlər yaratdığını yadda saxlayacaqlar. Bunlar sanki tək-tək misallardır, ancaq problemlərimizi qat-qat asanlıqla həll etməyə və aradan qaldırmağa imkan verən sistem formalaşdırır.

Mənimlə Ukrayna Prezidentinin imzaladığı Karpat bəyannaməsi, Borjomi bəyannaməsi demokratik əməkdaşlıq ölkələrinin Kiyev görüşü ilə nəticələndi, bu isə öz növbəsində Vilnüs görüşünə gətirib çıxardı. Bu, həqiqətən, tarixi prosesdir. Bir neçə həftə əvvəl Vilnüsdə, həqiqətən, tarixi bəyanatlar verildi və bu, Avropanın yeni xəritəsinin, Avropa qitəsində, regionumuzda yeni reallıqların formalaşmasında bir növ dönüş məqamı idi.

Belə görüşlər ona gətirib çıxarır ki, ölkələrimiz demokratik, inkişaf etmiş, sivilizasiyalı dünyanın, sivilizasiyalı münasibətlərin həmişəlik bir hissəsinə çevrilir. Nə kimi çətinliklər olsa da, - onlar, şübhəsiz, var və olacaq, - bu yol dönməzdir və mütləq uğurla başa çatacaqdır.

Bu mənada biz bu gün baş verənləri alqışlayırıq. Rəmzi haldır ki, bu, Kiyevdə Ukrayna üçün çox gözəl vaxtda baş verir, indi nəinki şabalıd ağacları gül açmışdır, həm də yeni münasibətlər yaranmışdır və onlar mütləq çiçəklənəcək və uğurlu olacaqdır. Biz Ukraynanın təşəbbüsünü və liderliyini alqışlayırıq, həmçinin başa düşürük ki, ölkələrimizin hər biri öz töhfəsini verməli və özünü maksimum göstərə biləcəyi sahədə lider olmalıdır.

Mən həm də şadam ki, buraya digər dost ölkələrin - Rumıniyanın, Bolqarıstanın, ABŞ-ın, habelə ATƏT-in, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndələri də gəlmişlər. Düşünürəm ki, bu gün baş verənlər hamımız üçün böyük yolun başlanğıcıdır.

Təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO