Gürcüstanda 150 məktəb koronavirusa görə distant təhsilə keçib
Tbilisi, 20 oktyabr, AZƏRTAC
Gürcüstanda epidemioloji vəziyyət daha da gərginləşir. Artıq ölkə üzrə 150 məktəb və 400-ə yaxın sinif distant təhsilə keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan səhiyyə nazirinin müavini Tamar Qabuniya məlumat verib.
Onun sözlərinə görə, bu günədək ölkə üzrə müəllimlərin cəmi 65 faizi vaksin olunub. İnfeksiyanın yayılmasının qarşısını almaq və xəstələrin sayının azaldılması üçün müəllimlərin azı 80 faizi peyvənd olunmalıdır.
Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze isə ölkədə epidemioloji vəziyyətin yetərincə ağır olduğunu bildirib. Onun sözlərinə görə, əgər vaksinasiya bugünkü kimi zəif getsə ölkədə koronavirusun 5-ci dalğası olduqca ağır keçəcək. Baş epidemioloq bildirib ki, 5-ci dalğa noyabrın ilk günlərindən başlaya bilər.
O deyib ki, Gürcüstan əhalisinin 42 faizi koronavirus xəstəsi olub və onlarda artıq hansısa seqment formalaşıb.
Ölkədə vaksinin hər iki dozasını qəbul edən insanlar arasında ölüm məsələsinə də toxunub: “Bu gün Gürcüstanda vaksinin hər iki dozasını qəbul edən 23 pasiyent ölüb. Amma vaksin vurduran insanların böyük əksəriyyəti yenidən yoluxduqda bu xəstəliyi yüngül formada keçirib”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]