Gürcüstanda 30 universitetin tələbələri etiraz aksiyası keçirirlər
Tbilisi, 13 may, AZƏRTAC
Gürcüstanda 30 ali təhsil ocağının tələbələri mayın 13-də etiraz aksiyasına başlayıblar.
AZƏRTAC xəbər verir ki, paytaxt Tbilisidə və Batumidə aksiya keçirən tələbələr "Xarici təsirin şəffaflığı" haqqında qanuna etirazlarını bildirirlər. Aksiyaya Tbilisi Dövlət Universiteti, Şota Rustaveli adına Batumi Dövlət Universiteti, GIPA Universiteti, Qriqol Robakidze Universiteti, Qafqaz Universiteti, Alte Universiteti, İliya Universiteti, İncəsənət Akademiyası, Aqrar Universitet, Tibb Universiteti, Şota Rustaveli adına Teatr və Kino Universiteti dəstək verib. Aksiyaya Rustaveli, Sulxan-Saba Orbeliani Universiteti, Batumi Dəniz Akademiyası və digər universitetlər də qoşulublar.
Universitet müəllimləri sosial şəbəkələrdə tamamilə boş sinif otaqlarının fotolarını paylaşırlar.
Qeyd edək ki, bu gün Gürcüstan parlamentinin Hüquqi məsələlər komitəsi hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı" haqqında qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib. Mayın 14-də isə ölkənin qanunverici orqanı üçüncü oxunuşda layihəni müzakirə edəcək.
Səhər qanun layihəsinin üçüncü oxunuşda qəbul ediləcəyi gözlənilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]