GÜRCÜSTANDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov “Avrasiya enerji təhlükəsizliyi: bazara çıxış və investisiya siyasəti” mövzusunda keçiriləcək Beynəlxalq konfransda iştirak etmək üçün iyunun 19-da Tbilisiyə səfərə gedəcəkdir.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, Beynəlxalq Enerji Agentliyi və Gürcüstan dövlətinin təşəbbüsü ilə keçirilən tədbirdə yerli enerji siyasəti və bazarın strukturu, enerji təhlükəsizliyi siyasəti, təchizata verilən tələblər və tranzitlə bağlı məsələlər müzakirə olunacaqdır.
Parlament sədrinin müavini müzakirəyə çıxarılacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəkdir.
Səfər iyunun 21-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]