Gürcüstanda H1N1 virusuna yoluxanların sayında artım müşahidə olunur
Tbilisi, 24 dekabr, AZƏRTAC
Son iki həftə ərzində qrip virusuna yoluxanların sayında artım müşahidə olunur. Müşahidə olunan bütün viruslar H1N1-in oxşarıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Elmi Mərkəzinin sədri Paata İmnadze jurnalistlərə söyləyib. Onun sözlərinə görə, bu mövsümün ən çox yayılan virusu “donuz qripi” kimi tanınan H1N1 virusudur.
Mərkəzin sədri bildirib ki, dekabrın 23-dək olan məlumata görə, ölkə ərazisində hər 100 min nəfərdən 185-də virusla xəstələnmə qeydə alınıb (hər 100 min nəfərdən 450-si xəstələndikdə epidemiya hesab edilir). Vəziyyət hələlik epidemiya xarakteri almasa da risk böyükdür.
Gürcüstanın baş infeksioloqu ölkə əhalisinə və xarici turistlərə, qonaqlara müraciət edərək onları ehtiyatlı olmağa, xəstəliyin əlamətlərinin hiss olunduğu anda həkimə müraciət etməyi məsləhət görüb.
Xətayi əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]