Gürcüstandan Rusiyaya gedən avtomagistral yük avtomobilləri üçün bağlanıb
Tbilisi, 9 fevral, AZƏRTAC
Güclü qar yağması, yolların buz bağlaması və qar uçqunu təhlükəsi səbəbindən Gürcüstandan Rusiyaya gedən və hərbi yol kimi tanınan Kazbek-Yuxarı Lars avtomobil magistralı yük, qoşqulu və yarım qoşqulu avtomobillər üçün bağlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb. Məlumatda deyilir ki, Mtsxeta-Stepantsminda-Lars magistralının Kobi-Qudauri hissəsi qoşqulu və yarım qoşqulu avtomobillər üçün bağlanıb. Departament qonşu ölkələrdən gələn yük maşınlarına alternativ yollardan istifadə etməyi məsləhət görür. Digər yüngül və minik avtomobilləri yol polisinin nəzarəti altında hərəkət edə bilirlər. Dağ yamaclarında qar uçqunu ehtimalı olduğu üçün axşamlar həmin avtomobillərin də hərəkətinə məhdudiyyətlər qoyulacağı gözlənilir.
Sinoptiklər fevralın 9-10-11-də Gürcüstan ərazisində havanın yağıntılı keçəcəyi barədə məlumat yayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]