GÜRCÜSTANIN QORİ ŞƏHƏRİNDƏ DÜNƏN GECƏ SAKİT KEÇMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomaya avqustun 15-də jurnalistlərə ölkənin cəbhə xətlərində dünən gecənin sakit keçdiyini demişdir. Qori şəhərində olan A.Lomayanın sözlərinə görə, şəhərdə komendant saatı elan olunmuş, ruslar şəhərin girəcəyinə nəzarət edirlər. Şəhərə humanitar yardım daşınır. Avqustun 15-də rusların şəhəri tərk edəcəyi bildirilir.
Təhlükəsizlik Şurasının katibi demişdir ki, rus hərbi birləşmələrinin nəzarətində olan Qərbi Gürcüstanın Poti, Senaki, Zuqdidi rayonlarına 200-dən çox ağır hərbi texnika yeridilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]