Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi azalıb
Tbilisi, 15 iyul, AZƏRTAC
Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi xeyli azalıb. Cari ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 5 milyard 968,3 milyon ABŞ dolları təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında deyilir.
Bildirilir ki, illik müqayisədə qonşu ölkənin xarici ticarət dövriyyəsi 0,6 faiz azalıb. İlin birinci yarısında Gürcüstanda ixracın həcmi illik müqayisədə 11,5 faiz artaraq 1 milyard 775,4 milyon dollara çatıb. İdxalın həcmi isə 4,9 faiz azalaraq 4 milyard 192,9 milyon dollar olub.
Hesabat dövründə Gürcüstanın xarici ticarətində 2 milyard 417,4 milyon dollar kəsir yaranıb. Bunun da ümumi ticarət dövriyyəsindəki payı 40,5 faiz təşkil edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]