Gürcüstanlı din xadimi: Şuşaya səfər mənə zəngin təəssürat bəxş etdi
Şuşa, 8 sentyabr, AZƏRTAC
Şuşa şəhərində qədim məscidləri ziyarət etdik, qala divarları ilə tanış olduq. Qəhrəman Azərbaycan əsgərlərinin sıldırım qayaları dırmaşaraq düşməni məğlub etdiyi Cıdır düzündə olduq. Bu, mənim Şuşaya və Qarabağ bölgəsinə ilk səfərimdir. Bu səfər mənə çox xoş əhvali-ruhiyyə və zəngin təəssürat bəxş etdi.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şuşaya səfər edən gürcüstanlı din xadimi Kamil Mamedov deyib.
“İşğaldan azad olunduqdan sonra məscidlərimizin bərpa edildiyini gördük. İşğal dövründə məscidlərimizdə mənfur düşmənlərimiz tərəfindən inək və donuz saxlanılırdı. İşğaldan sonra Azərbaycan dövləti burada çox böyük işlər görüb, məscidləri yüksək səviyyədə bərpa edib”, – deyə din xadimi bildirib.
Müxbir – Tahir Ağaməmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.09.2026 [21:47]
Türk din xadimi: Çanaqqalanı görmək qədər Qarabağı görmək də vacibdir VİDEO
- 08.09.2026 [19:10]