Hacettepe Universitetinin professoru Şərqşünaslıq İnstitutunda olub
Bakı, 3 iyul, AZƏRTAC
Türkiyənin tanınmış alimi, Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalın iyulun 3-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə keçirilən görüşdə qonağa türkologiya sahəsində aparılan araşdırmalar barədə məlumat verilib. Professor Şükrü Haluk Akalın Şərqşünaslıq İnstitutunun türkoloji tədqiqatlarını yüksək qiymətləndirib. Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.
Akademik G.Baxşəliyeva qonağa Şərqşünaslıq İnstitutunun türkologiya sahəsinə aid yeni nəşrlərini təqdim edib. Professor Şükrü Haluk Akalın da Türkiyədə bu sahəyə aid nəşr olunmuş kitabları Şərqşünaslıq İnstitutuna hədiyyə edib.