Hacıqabulda faşizm üzərində Qələbənin 66-cı ildönümünə həsr olunmuş toplantı keçirilmişdir
Hacıqabul, 9 may (AZƏRTAC). Hacıqabul Raon İcra Hakimiyyətində 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbənin 66-cı ildönümünə həsr olunmuş toplantı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov müharibə iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etmiş, 1941-1945-ci illər müharibəsində Qələbənin qazanılmasında azərbaycanlı döyüşçülərin, o cümlədən hacıqabulluların döyüş rəşadətini yüksək qiymətləndirmişdir.
Toplantıda çıxış edən müharibə veteranları, ictimaiyyətin nümayəndələri ölkəmizdə müharibə iştirakçılarına göstərilən dovlət qayğısından danışmış, Prezident İlham Əliyevin 2011-ci il 3 may tarixli Sərəncamı ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımın verilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda rayonda yaşayan 24 nəfər 1941-1945-ci illər müharibəsi iştirakçısına maddi yardımlar edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]