Hande Harmancı: ÜST körpə ölümlərinin qarşısını almaq üçün biliklərin təkmilləşdirilməsinə çalışır
Bakı, 17 noyabr, AZƏRTAC
Dünyada bir sutkada 3 mindən çox erkən doğulmuş körpə dünyasını dəyişir. Bu, ildə 1 milyondan çox körpə ölümü deməkdir. Körpə ölümlərinin qarşısını almaq üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən biliklərin təkmilləşdirilməsi və məlumatlılığın artırılması istiqamətində tədbir görülür. Hazırlanan müxtəlif tipli layihələrdə erkən doğulmuşların ölüm səbəbləri kimi vacib məsələlər araşdırılır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsi tərəfindən keçirilən Beynəlxalq Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Gününə həsr edilmiş onlayn konfransda deyib.
H.Harmancı bildirib ki, erkən doğulduğu halda, sağ qalan həmin körpələrin əksəriyyəti görmə, eşitmə və ya əqli məhdudiyyətli olurlar: “Halbuki həmin körpələrin həyatları sərfəli başa gələn tibbi müdaxilələrlə qurtarıla bilər. Ümumdünya Səhiyyə Təşkilatı da bu istiqamətdə məlumatlılığı artırmağa çalışır. Onu da qeyd edim ki, mən də erkən doğulmuş iki uşaq anasıyam. Əgər bu sahədəki tədbirlərdən xəbərsiz olsaydım, bəlkə də övladlarım yaşamayacaqdı. Bilmək lazımdır ki, vaxtından əvvəl doğulan körpələrin ağciyərlərini açmaq üçün lazım olan dərman preparatı 1 dollardan da ucuzdur. Lakin təəssüflər olsun ki, bir çox ölkələrdə həmin dərman preparatı tapılmır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]