“HAQQA PƏNCƏRƏ” ANKARADA NƏŞR OLUNMUŞDUR
İstedadlı şair, mərhum Şahmar Əkbərzadənin 1998-ci ildə Bakıda çapdan çıxmış və “Araz” ədəbi mükafatına layiq görülmüş “Haqqa pəncərə” şerlər kitabı Ankarada nəşr olunmuşdur.
Kitab Türkiyənin tanınmış ədəbiyyatşünas alimi İrfan Ünvər Nəsirəddinoğlunun Şahmar Əkbərzadə haqqında düşüncələri - “Sərhədsiz ruhumuz” sərlövhəli ön sözü ilə başlayır. Şahmarla ilk dəfə 1989-cu ildə, qırğızların görkəmli ozanı Toktokulun yubileyində tanış olduğunu xatırladan İ.Nəsrəddinoğlu həmin toplantıdakı çıxışı ilə hamını heyran qoyan şairi türkiyəli oxuculara cəsarətli, geniş ürəkli ədəbiyyat bilicisi, vətənpərvər bir insan kimi təqdim edir.
Əsasən az, lakin dəyərli poeziya nümunələri yaratmış şairin bu kitabında 5 bölmədə toplanmış şerlər, oxucuların arzuları nəzərə alınaraq, həm latın, həm də kiril qrafikası ilə verilmişdir.
Şahmar bütün varlığı ilə doğma yurduna, xalqına, Vətəninə bağlı insan idi: Ona görə də
Axıb Arazlandı qızıl qanımız,
Zorla qürbətləndi xanimanımız,
Yayda ətir saçdı gülüstanımız,
Mən həsrət qoxladım çiçək yerinə!
sətirləri ilə başlayan kitabın cəmi dörd misra olsa da, mənaca yüz qat dərin “Anam Azərbaycana” şeri ilə tamamlanması heç də təsadüfi deyildir:
Ölüm ayağınn altında,
İtim ayağınn altında,
Bir qom bənövşə olum -
Bitim ayağınn altında.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
- 23.09.2026 [21:08]
Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]