Həbib Nurmaqomedov ilə Konor Makqreqor arasındakı döyüşün keçiriləcəyi yer məlum olub
Bakı, 1 may, AZƏRTAC
Qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyası üzrə ən məşhur idmançılar rusiyalı Həbib Nurmaqomedov və irlandiyalı Konor Makqreqor arasındakı döyüşün keçiriləcəyi yer müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, UFC-nin prezidenti Dana Vayt keçirdiyi mətbuat konfransında qarşılaşmanın ABŞ-ın Las-Veqas şəhərində təşkil olunacağını bildirib. O, görüşün bu ilin sonuna qədər keçiriləcəyini deyib.
Qeyd edək ki, Konor Makqreqor və Həbib Nurmaqomedov UFC üzrə ən məşhur döyüşçülərdən sayılırlar. İrlandiyalı keçirdiyi 24 döyüşün 21-də qalib qəlib, üç görüşdə isə məğlub olub. Həbib Nurmaqomedov isə indiyədək keçirdiyi 26 döyüşün hamısında qələbə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]
Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb
- 09.06.2026 [16:35]
“Turan Tovuz” kapitanı ilə vidalaşıb
- 09.06.2026 [16:19]