Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həkimlər döyüş meydanında, düşmənin atəşi altında olsa belə, yaralılara yardım göstərirdilər

Bakı, 28 oktyabr, AZƏRTAC

44 günlük Vətən müharibəsində hərbçilərimizlə yanaşı, tibb işçiləri də əsl qəhrəmanlıq və öz peşələrinə sədaqət nümayiş etdirdilər. Müharibə başlayan gündən sona qədər döyüş bölgəsindən çəkilməyən həkimlərimiz həm ön, həm də arxa cəbhədə cəsarət, misilsiz dəyanət və humanizm nümunələri göstərdilər. Yüzlərlə yaralı əsgərimizi həyata qaytaran həkimlər sırasında Azərbaycan Tibb Universitetinin (ATU) Ağız, üz-çənə cərrahiyyəsi kafedrasının assistenti, Könüllü Həkimlər Assosiasiyasının qurucusu Oqtay Mehdiyev də var.

O.Mehdiyev müharibənin ilk günlərindən cəbhə bölgəsində olub və orada ilkin tibbi yardım üçün həkim çatışmadığını görüb. Bu səbəbdən də Könüllü Həkimlər Assosiasiyası (KHA) yaradaraq həmkarlarına çağırış edib, tibb işçilərinin cəbhəyə cəlb olunmasına yardım göstərib. Həmin cəmiyyətə üzv olan həkimlər öz təşəbbüsləri ilə hətta dərman və tibbi avadanlıqlar üçün cəbhə bölgəsində 3 yerdə anbar yaradıblar.

AZƏRTAC xəbər verir ki, O.Mehdiyevin sözlərinə görə, cəmiyyətin yaradılmasının əsas məqsədi döyüş bölgələrində yaralılara dərhal tibbi xidmət göstərilməsi işini koordinasiya etmək olub: “Müharibənin ilk günlərindən oradaydıq. Əvvəlcə biz stomatoloqlar həmin assosiasiyada birləşdik. Məlumdur ki, savaş vaxtı döyüş bölgəsində ilkin tibbi yardım üçün həkimin ixtisasının əhəmiyyəti yoxdur. Sonradan digər sahələrin həkimləri də cəmiyyətimizə üzv oldu. 44 gün ərzində bütün sahə üzrə həkimlər - travmatoloqlar, neyrotravmatoloqlar, cərrahlar, oftalmoloqlar və digər həmkarlarımız növbəlilik prinsipi ilə könüllü olaraq cəbhəyə gedirdilər. Müharibə dönəmində cəbhə boyunca hansı bölgədə həkim çatışmazlığı yaranırdısa, assosiasiya üzvlərimiz dərhal ora yollanırdılar. Yaralını qəbul etmək, ona ilkin tibbi yardım göstərib həyatına olan təhlükəni sovuşdurduqdan sonra daha dərin müalicə üçün xəstəxanalara göndərmək ağır bir iş idi. Eyni zamanda, arxa cəbhədə tibbi müəssisələrdə hansısa ləvazimat çatışmazlığı yaşananda, biz könüllü şəkildə yaratdığımız anbarlardan ora lazımi preparatlar göndərirdik. Bizim həm Bakıda, həm də cəbhə boyunca bütün bölgələrdə, hətta ön cəbhədə belə, koordinatorlarımız var idi. Savaşın ilk dövrlərində Gəncə və Naftalanda fəaliyyət göstərdik. Sonradan bütün qüvvəmizi şiddətli döyüşlərin getdiyi cənub bölgəsinə yönəltdik. Daha sonra həkimlərimiz əsasən Füzuli Diaqnostika Mərkəzində işləyirdilər. Biz müharibənin son gününədək cəbhədə olduq. Mərkəzə gətirilən yaralıları durumunun nə dərəcədə ağır olmasına görə bölürdük. Zəruri hallarda yaralının həyatını xilas etmək üçün yerindəcə cərrahiyyə əməliyyatları icra olunurdu. Digər hallarda ilkin tibbi yardımdan sonra xəstələr Bakının və ya rayon mərkəzi xəstəxanalarına göndərilirdilər.

Hərbi əməliyyatlar çox sürətlə gedirdi. 30 ilə yaxın dövrdə işğal altında saxlanılan torpaqları belə qısa müddətdə azad etmək asan deyildi. Həkimlər döyüş meydanında, düşmənin atəşi altında olsa belə, yaralılara yardım göstərirdilər. Bu da savaşın bir növü idi - yaralıların həyatı uğrunda aparılan mübarizə. Həmin cəbhədə də çətinliklərin olması labüd idi. Lakin illər öncədən cəbhə bölgəsinə yaxın məsafələrdə müasir, tam şəraitli xəstəxanaların, hərbi hospitalların tikilməsi müharibə dövründə itkilərimizin az olmasına səbəb oldu. Bu, Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin daha bir göstəricisidir”.

Həkim müharibənin hər gününün onun üçün unudulmaz olduğunu qeyd edib: “Əslində, müharibənin hər günü, hər anı yadımdadır... Hər birimiz bilirik ki, torpaqları qansız, itkisiz geri almaq mümkün deyildi. Amma bu müharibədə düşmənimizin xainliyi heyrət doğururdu. Gəncə və Bərdəyə - döyüş bölgəsindən uzaq ərazilərə raket atılması, dinc əhalinin qətlə yetirilməsi, körpə balaların cəsədlərini görmək bizə daha pis təsir edirdi. Bizimlə yanaşı, bütün dünya erməni vəhşiliyini bir daha seyr etmiş oldu.

Bu dövrdə həm ön cəbhədə, həm də arxa cəbhədə həmrəylik yüksək səviyyədə idi. Ən qürur duyduğumuz hallardan biri özləri ağır yaralı olduqları halda, hərbçi yoldaşlarından nigaran qalan, döyüşə qayıtmaq üçün tez sağalmaq arzusunda olan əsgərlərimizi seyr etmək di. Həmin mərd oğullarımız bizim onlara təsəlli verməyimizi istəmirdilər, başlarına nə gəlsə də, “Vətən sağ olsun” deyirdilər...

Onu da deyim ki, özümü xatırladığım gündən müharibənin olacağını gözləmişəm. Necə ola bilərdi ki, səfərbərlik elan olunsun, biz isə getməyək? Sentyabrın 27-si müharibə başladı, mən sentyabrın 28-də cəbhədə idim.

ATU-da dərs dediyim müddətdə həmişə məşğələlərimin sonuncu 5 dəqiqəsini mütləq tələbələrə vətənpərvərlikdən danışmışam. Bu, hər birimiz üçün bir ləyaqət məsələsi idi. Ali Baş Komandanın başçılığı ilə müzəffər Ordumuz şərəfimizi qorudu.

O.Mehdiyev müharibədən sonra da Könüllü Həkimlər Assosiasiyasının fəaliyyətini davam etdirdiyini diqqətə çatdırıb: “Əlbəttə, müharibədən sonrakı dövrdə də işimizi saxlamadıq. İndi əsas diqqəti işğaldan azad olunmuş ərazilərdə keyfiyyətli tibbi xidmət sahəsinin qurulmasına yönəltmişik. Könüllü Həkimlər Assosiasiyası olaraq Hadrutda, Zəngilanda, Qubadlıda və Şuşada tibb məntəqələri və xüsusilə stomatoloji xidmət məntəqələri yaratdıq. Hospitallarda yaradılan kabinələrdə pulpit və digər diş xəstəliklərinin müalicəsi, xəstə dişlərin çəkilməsi üçün şərait təmin olundu. Bu yaxınlarda Cəbrayılda yerləşən hərbi hissənin nəzdində stomatoloji kabinet təşkil olundu. Şuşada isə yalnız stomatoloqlar deyil, digər sahə həkimlərinin də növbəli olaraq bir həftəlik işləməsinə şərait yaradılıb. Bilirsiniz ki, müharibədən sonra hərbçilərdə bir çox dəri xəstəlikləri ortaya çıxır. Müharibə şəraitində bu, adi haldır. Ona görə də biz həmin bölgələrə dermatoveneroloqları könüllü olaraq dəvət etmişik.

İşğaldan azad edilən ərazilərimizdə fəaliyyət göstərən hərbi həkimlərə həm də ATU əməkdaşları olaraq müxtəlif mövzularda təlimlər keçirik. Bu da praktiki baxımdan çox faydalıdır”.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO