Həkimlərin distant portalına 541 online mühazirə yerləşdirilib
Bakı, 3 yanvar, AZƏRTAC
Həkimlərin distant portalına 541 online mühazirə yerləşdirilib.
Distant portal 2016-cı ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasında pilot layihə olaraq yaradılıb. Portalda həkimlərin online mühazirələri yerləşdirilir.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, portal həkimlərə səhiyyə nazirinin əmrinə əsasən Davamlı Tibbi Təhsil sistemində distant təhsilə görə kredit toplamaq imkanı yaratmaq məqsədi daşıyır.
2016-2017 və 2017-2018-ci tədris illərində distant portala 541 online mühazirə yerləşdirilib. Həmin müddətdə 7226 nəfər portala daxil olaraq onu izləyib, 4398 nəfərin e-maili təsdiqlənib, 3068 nəfər profayl yaradıb, 412 nəfər testə daxil olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]