HƏMYERLİMİZ SANKT-PETERBURQDA KEÇİRİLƏN BEYNƏLXALQ MUSİQİ FESTİVALINDA İŞTİRAK ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayin 25-də Sankt-Peterburqda "Musigi Olimpi" XIII beynəlxalq musigi festivalının açılışı olmuşdur. Şəhərin məşhur konsert salonlarından olan Ermitaj Teatrında kecirilən tədbirdə həmyerlimiz, genc dirijor, beynəlxalq musabiqələr laureatı, Prezident təqaüdçüsü Eyyub Quliyev də iştirak etmişdir. Ermitaj Dovlət Simfonik orkestri onun dirijorluğu ilə çıxış etmişdir. Qeyd etmək lazimdır ki, E.Quliyev bu festivala dəvət almış ilk azərbaycanlı dirijordur.
Konsertdə A.Petrov, L.Bethoven, S.Prokofyev, P.Şpor, F.Martenin muxtəlif instrumental əsərləri səslənmişdir.