Həndbol üzrə 30-cu Azərbaycan çempionatı yeni formatda keçiriləcək
Bakı, 19 oktyabr, AZƏRTAC
Həndbol üzrə 30-cu Azərbaycan çempionatı yeni formatda keçiriləcək.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yubiley çempionatında yeddisi kişilərdən, altısı qadınlardan ibarət olmaqla 13 komanda mübarizə aparacaq.
Kişilərin 4 dövrədən ibarət 20 turluq yarışı iki mərhələdə baş tutacaq. İlkin mərhələni əhatə edəcək 14 turda komandalar iki dəfə bir-biri ilə qarşılaşacaqlar. İkinci mərhələdə isə ilk 4 yeri tutan komandalar və 5-7-ci pillələrdə qərarlaşan kollektivlər dairəvi sistemlə iki dəfə üz-üzə gələcəklər.
Qadın həndbolçular da 10 turdan ibarət ilkin mərhələdə və daha 6 turu əhatə edəcək ikinci mərhələdə eyni sistemlə mübarizə aparacaqlar.
Yarışın həlledici oyunlarında “ilk dördlük”də qərarlaşan komandalar və 4-6-cı yerlərin sahibləri məsələyə aydınlıq gətirəcəklər.
Azərbaycan çempionatına noyabrın 9-da qadınlardan ibarət “Azəryol” - “Gənclər Birliyi” görüşü ilə start veriləcək.
Kişilərin mübarizəsi isə noyabrın 11-də “İdman Akademiyası” - “Dinamo” matçı ilə başlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]
“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək
- 03.10.2026 [10:21]
Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]