“Hər kim yüz il unutmasa...” kitabı nəşr edilmişdir
Bakı, 16 may (AZƏRTAC). “Elm” nəşriyyatında yüzyaşlı Güləbatın Mustafaqızı və filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Salatın Əhmədlinin “Hər kim yüz il unutmasa...” kitabı çapdan çıxmışdır.
Kitabda yüzyaşlı ağbirçəyin söyləmələri-bayatılar, laylalar, alqış-qarğışlar, öyüd-nəsihətlər, oxşamalar, tırınqılar, qımqımalar, atalar sözləri, deyimlər, andlar, inanclar, sınamalar toplanmışdır.
Kitab haqqında “son söz” yazmış filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Rüstəm Kamal kitaba belə qiymət verir: “Folklor ekologiyasının ölkəmizdə sürətlə pozulduğu bir dövrdə xalq ədəbiyyatının istənilən yazıyaalma aktı dərin hörmətə layiqdir... Bu, folklor düşüncəsinin variativliyinin təzahürüdür. Variativliyin sinonomik xarakteri yaddaşdakı passiv fondun aktuallaşmasını, arxaizmlərin qorunub saxlanmasını şərtləndirir”.
II Dünya müharibəsi zamanı insanların çörək tapmaq üçün minbir əziyyətlə çalışdığı, qadınların, uşaqların arxa cəbhədə yorulmadan çalışdığı zaman “Staxanovçu” olmuş Güləbətin ananın folklorumuzu öz hafizəsində qoruyub saxlaması, uşaqlarına, nəvələrinə, nəticə və kötükcələrinə ötürməsi özü də bir fədailikdir.
Kitab AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə çap olunmuşdur. Kitaba Xalq Şairi Nəriman Həsənzadə, filologiya elmləri doktoru professor İsmayıl Məmmədov, filologiya üzrə fəlsəfə doktorları Rüstəm Kamal və Fəridə Ləman rəy vermişlər.
Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Oruc Əliyevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]