Hər şəkli sənət əsərinə çevirmək üçün bütün detallardan istifadə edilməlidir
Portret dedikdə yalnızca insanın üz şəkli nəzərdə tutulmur. Düymə basıldıqda sizin təəccüb, sevinc, hirs, qorxu və ya kədər kimi müxtəlif emosiyalarınız olduğu kimi ekrana əks etdirilir. Sizin emosiyalarınız və təcrübələriniz şəkillərinizə canlılıq bəxş edir.
HUAWEI P seriyası tamamilə sizin emosiyalarınızı qeyd etməyə və onları şəkillərdə əks etdirməyə həsr olunmuşdur. Bütün yeni HUAWEI P10 seriyası bu funksiyanı həyata keçirir və 5 yeni xüsusiyyətə malikdir: bokeh effekti (bulanıq), monoxrom (təkrəng), rəng effekti, yaxınlaşdırma və konturlama (cizgiləmə). HUAWEI P seriyası ilə portret şəkilləri çəkmək üçün dünya üzrə məşhur moda fotoqrafı Yin Chao və SUPERSTUDIO fotoqraflarını dəvət etmişdir. Ümid edirik ki, onların işi sizə öz portretlərinizi ustalıqla çəkmək üçün ilham verəcək.