Hər yerdə bloklanan Donald Tramp öz sosial şəbəkəsini yaradır
Bakı, 21 oktyabr, AZƏRTAC
“Twitter”, “Тwitсh” və “Snарсhаt” servislərindəki hesabları bloklanan ABŞ-ın sabiq prezidenti Donald Tramp özünün “TRUTH Social” adlı sosial şəbəkəsinin fəaliyyətə başlayacağını elan edib.
AZƏRTAC “The Hill” nəşrinə istinadla xəbər verir ki, Donald Tramp bu sosial şəbəkə vasitəsilə “hamıya söz haqqı verəcəyi” üçün məmnun olduğunu deyib.
“Böyük texnologiyaların tiranlığına qarşı çıxmaq üçün “TRUTH Social” və TMTG (Trump Media & Technology Group) şirkətlərini qurdum. Biz “Twitter” şəbəkəsində “Taliban”ın böyük mövcudluğa malik olduğu, lakin sevimli Amerika prezidentinin susdurulduğu dünyada yaşayırıq. Bu, qəbuledilməzdir... Tezliklə sosial həqiqətlə bağlı fikirlərimi bölüşəcəyimə və böyük texnologiyalara qarşı mübarizə aparacağıma görə şadam”, - deyə ABŞ-ın sabiq lideri bildirib.
Qeyd edək ki, 2021-ci il yanvarın 6-da ABŞ-da baş verən iğtişaşlardan sonra Donald Trampın sosial media hesabları birdəfəlik bloklanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]