Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hərbi marafon: Qələbə bayrağına düzlən!

Gəncə, 9 may, Rauf Hacıyev, AZƏRTAC

Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Qələbə bayrağına düzlən!” devizi altında hərbi-vətənpərvərlik marafonu keçirilib.

Layihənin müəllifi Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti hərbi-vətənpərvərlik marafonu çərçivəsində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksləri, qardaşlıq qəbristanlıqlarını, memorial muzeyləri ziyarət edib, veteranlarla, müharibə qəhrəmanlarının ailə üzvləri ilə görüşüb, kütləvi təbliğat və təşviqat işi aparıblar.

A.Qurbani bildirib ki, keçirilən belə tədbirlər şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik və düşmənə nifrət hissinin daha da yüksəldilməsində böyük əhəmiyyət kəsb edir. Vətən əsgərləri ata-babaların şanlı döyüş və zəfər yolunu dərindən öyrənməklə yanaşı, əcdadların qəhrəmanlıq ənənələrini şərəflə davam etdirəcəklərinə and içib, tezliklə xalqımıza Qarabağdan qələbə müjdəsi gətirəcəklərinə söz veriblər.

1945-ci il mayında Berlində Reyxstaq binası üzərinə sancılan Qələbə və Azərbaycan milli atıcı diviziyalarının döyüş bayraqlarının hazırlanmış surətini daşıyan hərbi qulluqçular Qazax şəhərinin mərkəzi küçəsi ilə irəliləyərək öncə Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin abidəsi önünə toplaşıb və qəhrəmanın xatirəsini ehtiramla yad ediblər.

Layihə rəhbəri marafon iştirakçılarının nəzərinə çatdırıb ki, Müseyib Allahberdiyev 1909-cu ildə Qazax rayonunda anadan olub. 1936-cı ildə hərbi-siyasi məktəb bitirib və müharibənin ilk günlərindən döyüşlərə atılıb. Tabor komandiri kimi Moskva ətrafında gedən döyüşlərdən başlayaraq Budapeştə qədər şərəfli döyüş yolu keçib. Onun komandiri olduğu tabor Dunay çayını keçərək Macarıstan ərazisində ağır döyüşlərdə əsl fədakarlıq göstərib. 1944-cü ilin dekabr ayının ilk günündə tabor düşmənin 500 döyüşçüsünü məhv edib, 2 min 200 nəfəri əsir götürüb, Budapeştin azad edilməsində isə xüsusilə fərqlənib. Müharibədə göstərdiyi şücaətə görə 1945-ci il martın 24-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Müseyib Allahverdiyev müharibədən sonra Vətənə qayıdaraq ömrünün sonuna kimi xalqına sədaqətlə xidmət edib.

Qəhrəmanın oğlu Şamil Allahverdiyev atası haqqında xatirələrini danışıb. Atasının 1969-cu ilin may ayında dünyasını dəyişsə də onun daim yad edildiyini, xatirəsinin əziz tutulduğunu minnətdarlıqla vurğulayıb. Haqqında kitabların yazıldığını, adının əbədiləşdirildiyini, abidəsinin ucaldıldığını deyən qəhrəmanın oğlu bu gün Azərbaycan əsgərinin ataların şanlı döyüş yolunu uğurla davam etdiriklərindən fəxrlə danışıb. O əminliklə ifadə edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və digər rayonlarımız işğaldan azad ediləcək, ərazi bütövlüyümüz təmin olunacaq.

Əməkdar İncəsənət Xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölgə filialının sədri, şair-publisist Barat Vüsal çıxış edərək 1941-1945-ci illər müharibəsində bütün xalqımız kimi qazaxlıların da müsəlləh əsgər olduqlarını, həm ön, həm də arxa cəbhədə qələbə naminə böyük hünər göstərdiklərini qeyd edib.

Şairin vətənpərlik mövzusunda söylədiyi şeirləri əsgərlərdə böyük ruh yüksəkliyi yaradıb.

Sonra hərbi qulluqçular Ağstafa rayonunun Dağkəsəmən kəndinə gedərək qəhrəmanın məzarını ziyarət ediblər.

Məzar üzərində keçirilən xatirə mitinqində qəhrəmanın böyük oğlu, istefada olan polis general-mayoru Abdulla Allahverdiyev göstərilən diqqət və ehtirama görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

“Qələbə bayrağına düzlən” marafonunun iştirakçıları Qazax rayonunun Yuxarı Daşsalahlı kəndində yenidən bərpa edilmiş Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirə kompleksini ziyarət ediblər. Burada keçirilən böyük izdihama qoşulan marafon iştirakçıları rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən mükafatlandırılıblar.

Daha sonra marafon estafetini Tovuz rayonunun cəbhəyanı yaşayış məntəqəsi olan Ağdam kəndinin igid müdafiəçiləri qəbul ediblər. Burada Sovet İttifaqı Qəhrəmanları Yusif Sadıxov, Mərdan Musayev və Məstan Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Qeyd olunub ki, Yusif Sadıxov Ağdam kəndində anadan olub. Böyük Vətən müharibəsi illərində artilleriya bölməsinin komandiri kimi Moskva şəhərinin müdafiəsində, Ukrayna və Belarusun azad edilməsində, eləcə də Berlinə hücum əməliyyatında və Reyxstaqın alınmasında fəal iştirak edib. 1945-ci ilin mayında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibədən sonra Tovuz şəhərində məsul vəzifələrdə çalışan Sovet İttifaqı Qəhrəmanı Yusif Sadıxov 1971-ci il iyulun 11-də vəfat edib.

Daha bir Sovet İttifaqı Qəhrəmanı, 1907-ci il yanvarın 1-də Tovuzun Əlimərdanlı kəndində anadan olan Mərdan Musayev haqqında onun bacısı oğlu Nizami Qurbanov ətraflı məlumat verib.

Qeyd edilib ki, müharibə illərində motoatıcı bölmənin komandiri olan Mərdan Musayev Dnepr çayını ilk keçənlərdəndir. Borisov şəhəri uğrunda aparılan döyüşlərdə xüsusilə fərqlənib. İnqulets çayı yaxınlığında öz sinəsini qabağa verərək tabor komandirinin həyatını xilas edib və çoxlu sayda faşisti zərərsizləşdirib. Döyüşlərin birində ağır yaralanmasına baxmayaraq, düşmənə xeyli itki verib, düşmənin dəzgahlı pulmyotunu ələ keçirərək onların öz silahı ilə 20-dən çox faşisti məhv edib. İgidlik və cəsurluğuna görə "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif olunub. 1944-cü il iyunun 3-də ona Sovet İttifaqı Qəhrəmanı adı verilib. Müharibədən sonra Mərdan Musayev ömrünün sonunadək Tovuz rayonunda çalışıb.

Məzarı uzaq Almaniyada olan Sovet İttifaqı Qəhrəmanı Məstan Əliyev haqqında onun qardaşı qızı Şəfiqə Əliyeva məlumat verib.

Bildirib ki, onun əmisi 1918-ci ildə Əsrik Cırdaxan kəndində anadan olub. Kənd məktəbində müəllim işləyib. 1939-cu ildə hərbi xidmətə çağırılıb və müharibə başladığı ilk gündən 47-ci ordunun tərkibində döyüşüb. Oder çayının sol sahilində onun komandiri olduğu bölmə düşmənin 72 əsgər və zabitini əsir götürüb. Məstan Əliyev şəxsən özü 20-dən çox faşisti məhv edib. 1945-ci ilin aprelində Berlin uğrunda döyüşlərdə əsl qəhrəmanlıq göstərərək həlak olub. 1945-ci il mayın 31-də ölümündən sonra Məstan Əliyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Hazırda Məstan Əliyevin qəbri Almaniyada qardaşlıq qəbristanlığındadır. Vətəndən uzaqlarda dəfn olunsa da, onun xatirəsi öz doğma vətənində də əziz tutulur, xatirəsi əbədiləşdirilib.

Qələbə bayrağı və milli diviziyaların döyüş bayraqları ilə Gəncəyə gələn marafon iştirakçılarından estafeti Gəncə qarnizonunun gənc əsgərləri qəbul ediblər. Onlar birlikdə Gəncə şəhərindəki Xan bağı mədəniyyət və istirahət parkına gələrək burada dəfn olunmuş ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarını ziyarət ediblər.

Məlumat verilib ki, Məmmədovlar ailəsi 1919-cu ildə Şəmkirin Qapanlı kəndindən Gəncəyə köçüb və elə həmin ildə də İsrafil Məhərrəm oğlu bu şəhərdə anadan olub. 1938-ci ildə hərbi xidmətə çağırılıb və müharibənin ilk günlərindən döyüşlərdə iştirak edib. 1941-ci ilin dekabrında Şimal-qərb cəbhəsində xüsusilə fərqlənib. Novqorod vilayətinin Pustinka kəndi yaxınlığında əsl qəhrəmanlıq nümunəsi göstərib və azərbaycanlılar içərisində ilk olaraq Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Cəbhə komandanı general-leytenant Kuroçkin şəxsən özü döyüş meydanında Lenin ordeni və Sovet İttifaqı Qəhrəmanının “Qızıl Ulduz”unu İsrafil Məmmədova təqdim edib. O vaxtlar həm ön cəbhədə, həm də arxa cəbhədə “məmmədovçular” hərəkatı geniş vüsət almışdı.

Görkəmli yazıçımız Mir Cəlal Paşayev hələ müharibə illərində İsrafil Məmmədov haqqında oçerklər yazmış, 1942-ci ildə "İsrafil" kitabı nəşr olunmuşdur.

Gəncə şəhərində, Xan bağında İsrafil Məmmədovun məzarüstü abidəsi önündə keçirilən tədbirdə Böyük Vətən müharibəsi veteranı 97 yaşlı Tofiq baba cəbhə xatirələrini danışıb, gənc əsgərlərə ağsaqqal öyüd-nəsihəti verib, hərbi qulluqçular isə çıxış edərək ata-babaların qəhrəmanlıq ənənələrini şərəflə davam etdirəcəklərinə söz veriblər.

Marafon müddətində Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat dəstəsi müharibə illərinin mahnı və hərbi marşlarını təqdim edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

Seymur Məmmədov: Qanunda təklif olunan dəyişikliklər barədə azyaşlılar düzgün maarifləndirilməlidir

Ekspert: Uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi davamlı maarifləndirmə tələb edir

Sosial şəbəkədə yaş qadağasına əməl olunmasına ciddi nəzarət ediləcək

İnformasiya təhlükəsizliyi sahəsindəki islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır - RƏY

Şəhid və Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları Azərbaycanın enerji tarixi ilə tanış olublar

U-21 millisinin baş məşqçisi: Eqosunu komandadan üstün tutan futbolçunun yığmada yeri olmayacaq

Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT

Nazir müavini: Bir çox valideyn uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

BMU və İCMA arasında birgə fəaliyyət istiqamətləri müəyyənləşib

Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub

Azərbaycanın enerji diplomatiyası: Qlobal enerji təhlükəsizliyinə inteqrasiya olunmuş strateji inkişaf modeli - ŞƏRH

Azərbaycanla Yaponiya arasında əməkdaşlıq dərinləşir

Azərbaycan uşaqların maraqlarını və təhlükəsizliyini prioritet hesab edən hüquqi mexanizmlər formalaşdırır – ŞƏRH

Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib

Agentlik: Yeni təmayül tədris modeli ali təhsilə hazırlığı daha əlçatan edir

Elmir Vəlizadə: Qanun layihəsinin əsas mahiyyəti uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasıdır

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir?

“Uşaqlar və Hüquq” – Yeni kitab təqdimatı

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

“Azəriqaz”ın baş direktoru Cəbrayılda vətəndaşların müraciətlərini dinləyəcək

Bahar Muradova: Uşaqların hüquq düşüncəsinin formalaşdırılması onların gələcəyi üçün mühüm investisiyadır

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

Avropa Komissiyası: Lüksemburqda pensiya islahatı doğru, lakin çox kiçik addımdır

Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi müxtəlif problemlərə səbəb olur

Hesabat: Həkimlər süni intellekti səhiyyə sistemində AI texnologiyalarının tətbiqindən daha sürətlə mənimsəyirlər

Startap təsisçisi: Yanaşmamız “iLoyal”ı vahid biznes platforması kimi inkişaf etdirməkdir - MÜSAHİBƏ

® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər

Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim

Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

Maurits Rodenberq: Orta Dəhliz regiona yeni investisiyaların cəlb olunmasına imkan yaradacaq

“AzerGold”da Kəlbəcərin Söyüdlü qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib

İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb

Fərid Pərdəşünas: Mənfi halların qarşısını almaq üçün yeni qanun layihəsinin qəbulu vacibdir

Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir

Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

Aİ Şurası və Avropa Parlamenti müdafiə sənayesinin gücləndirilməsinə razılıq verib

Tarixin söz körpüsü: bölgə yazarları Şəkidə bir araya gəldi

Rabatda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib

Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər

İsmayıllıda Qafqaz Albaniyasının etnomədəni irsi araşdırılır – ekspedisiya rəhbəri ilə müsahibə

Azərbaycanda dağınıq skleroz üzrə aparılan tədqiqatlar Türkiyədə təqdim edilib

FIFA prezidenti: Los-Ancelesə dünya çempionatında “xoşbəxt barbarlar” axın edəcəklər

® SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində

DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər

® “Expressbank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026”nın rəsmi tərəfdaşıdır

Britaniyada müdafiə xərclərinin maliyyələşdirilməsi üçün vergi artımı gündəmdədir

Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb

İncəsənət məktəblərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları: məzunlara elektron şəhadətnamə veriləcək

Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib

Mustafa Aşurov: Səid Rüstəmovun musiqi irsi onun adını daşıyan orkestr tərəfindən uğurla yaşadılır

İkinci rübdə qlobal neft ehtiyatları gündəlik 6,3 milyon barel azalacaq – PROQNOZ

Çinin Sian Şiyou Universitetinin nümayəndə heyəti BDU-da olub

İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir

Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb

İran Amerika bazasındakı dörd obyektə zərbə endirib

AzMİU-da “Risklərin qiymətləndirilməsi və idarə olunması” Elmi-Tədqiqat Mərkəzi yaradılıb

Belçikada “İRS” Nəşriyyat Evinin yeni nəşrlərinin təqdimatı olub

Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar

Şimali Kipr universitetlərinə daxil olmaq istəyən azərbaycanlı abituriyentlərə tövsiyə

Şimal-qərb bölgəsində tütün yığımına başlanılıb

Vətəndaşların penitensiar sahə ilə bağlı müraciətləri dinlənilib

Sosial Xidmətlər Agentliyinin əməkdaşları məhkumlarla görüşüblər

İqtisadiyyat naziri Mikayıl Cabbarov İTV-yə və AZƏRTAC-a müsahibə verib

Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb

Cari ildə qlobal neft tələbatının sutkada 1,1 milyon barel azalacağı gözlənilir

Azərbaycan parataekvondoçusu: Qazandığım qızıl medallar sayəsində dünya reytinqində ikinci yerə yüksəldim

Azərbaycan və Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar baş tutub

“Klinik qastroenterologiya” dərsliyi nəşr olunub

Gənclərin potensialını düzgün istiqamətləndirmək üçün nələr təklif edilir?

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir

Dövlət qulluğunda daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun Dayanıqlı Mobillik üzrə İşçi qrupunda təmsil olunur

Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb

İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır

Qlobal LNG ticarəti ötən il 5 faiz artıb

Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb

Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir

“Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub VİDEO

“Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub VİDEO

Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər

Seçmə mərhələ: Futzal üzrə Azərbaycan millisinin püşkatmadakı səbəti bəlli olub

Yaponiya dəniz plastik tullantılarını aşkar etmək üçün müəssisə istifadəyə verib

İstehlakçıların ticarət şəbəkələrində aldıqları məhsulun dəyəri 3,8 faiz artıb

Birgə səylərlə uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür ŞƏRH

Azərbaycanın strateji valyuta ehtiyatları 15,2 faiz artıb

Süni intellekt 2030-cu ildə təqribən trilyon kilovat-saat elektrik enerjisi istehlak edə bilər

“Şəfa” klubu növbəti transferini reallaşdırıb

Zərifə Quliyeva: “Qəhrəmanlıq zirvəsi” kitabını 10 cilddə ərsəyə gətirməyi planlaşdırıram

Mütəxəssis: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqların təhlükəsizliyinə müsbət təsir göstərəcək

Nazir müavini: Kitabxanaların 90 faizdən çoxu beynəlxalq standartlara cavab vermir

“Qəbələ” afrikalı futbolçu ilə vidalaşıb

Azərbaycanda muzdla çalışanların ortaaylıq əməkhaqqı 1170 manatı ötüb

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb

Ankarada VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan təqdimat və panel müzakirə təşkil edilib

Neft-qaz sektorunda 16 milyard manatdan çox ÜDM istehsal olunub

BASF konserninin rəhbəri: Avropanın kimya sənayesi son 25 ilin ən dərin böhranı ilə qarşılaşıb