Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hesablama Palatası: Dövlət Agentliyinin satınalma müqaviləsi üzrə ödəmələrində Vergi Məcəlləsinin tələbləri gözlənilməyib

Hesablama Palatası: Dövlət Agentliyinin satınalma müqaviləsi üzrə ödəmələrində Vergi Məcəlləsinin tələbləri gözlənilməyib

Bakı, 28 fevral, AZƏRTAC

Hesablama Palatasının 2023-cü il üzrə İş planına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğuna dair audit aparılıb.

Palatadan AZƏRTAC-a bildirilib ki, audit 2022-ci il yanvarın 1-dən dekabrın 31-dək olan dövrdə həyata keçirilmiş ümumilikdə 398,3 milyon manat məbləğində 253 satınalma müqaviləsini əhatə edib. Satınalmaların təşkili və müqavilələrin icrası ilə bağlı ilkin satınalma planının müvafiq portalda yerləşdirilməsi, bir mənbədən satınalma metodundan istifadənin payının 20,0 faizdən az olması, satınalmalarda qalibin seçilməsi zamanı əksər hallarda aşağı qiymət meyarına əsaslanılması, ortalama iştirakçı sayının minimum tələblərinə əməl edilməsi, müqavilələr üzrə ödəniş müddətlərinə əsasən riayət olunması müsbət hallar kimi qeyd edilməlidir.

Audit nəticəsində qeyd olunanlarla yanaşı, aşağıdakılar müəyyən edilib:

“Agentlik tərəfindən hesabat ili üçün illik ilkin satınalma planı müvafiq tələblərə riayət olunmaqla dövlət satınalmalarının vahid internet portalında yerləşdirilsə də, hazırlanmış ilkin satınalma planının layihəsinin təsdiq edilməməsi, sonradan dəyişikliklərin qeydiyyata alınmaması, eləcə də planlaşdırılan satınalmanın satınalma məqsədlərinə uyğunluğunun, o cümlədən dövlət ehtiyacları üçün olan malların (işlərin və xidmətlərin) miqdar və həcminin tələbata, xarakteristikasının isə ehtiyaca uyğun müəyyən edilməməsi bağlanmış müqavilələrin bəzi hallarda vaxtında icra edilməməsi ilə nəticələnib.

Agentlik tərəfindən müvafiq dövrdə qüvvədə olan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40.6-cı maddəsinə əsasən malların həcminin 15 faizə qədər artırılıb-azaldılması müqavilə məbləğinin yekun protokol məbləğindən fərqlənməsinə və bunun nəticəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Agentliyin məlumatları arasında bəzi fərqlərin yaranmasına səbəb olub.

Satınalmalar üzrə xərclərin vaxtında olması tələbi, habelə müəyyən olunmuş zaman ərzində satınalmaların həyata keçirilməsi və müvafiq müqavilələrin bağlanılması, sifarişçi tərəfindən satınalma məqsədlərinə çatmaq üçün kifayət edən müddətlərin müəyyən olunması və ona riayət edilməsi tələbləri bəzi hallarda gözlənilməyib. Dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinə riayət edilməyərək bir mənbədən satınalma metodu ilə malların (işlərin və xidmətlərin) satın alınması zamanı ehtimal olunan qiymətin hesablanmaması bəzi hallarda bağlanılmış və icra olunmuş satınalma müqavilələri üzrə icarəyə götürülmüş obyektlər üzrə icarə qiymətlərinin mövcud bazar qiymətindən yüksək olmasına səbəb olub.

Eyni zamanda, agentlik tərəfindən 2022-ci ildə ümumprofilli tibb müəssisələri üçün müxtəlif tipli reaktivlərin satınalması proseduru bəzi hallarda rəqabətli satınalma metodları deyil, satınalmanın bir mənbədən metodu, bəzi hallarda isə açıq tender metodu tətbiq olunmaqla həyata keçirilib, nəticə etibarı ilə eyni ildə eyni adda malların alışı zamanı satınalma metodlarından asılı olaraq qiymət fərqləri mövcud olub. Dərman və tibbi təyinatlı vasitələrin satın alınması prosesində bəzi hallarda ayrı-ayrı malların vahidinin ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsi, eyni adlı dərman və tibbi təyinatlı vasitələrin vahidi üzrə alış qiymətlərinin fərqli olması əlavə vəsait xərcinə səbəb olub.

Satınalma üzrə qalib müəssisələr tərəfindən bəzi hallarda müqavilə öhdəlikləri vaxtında yerinə yetirilməyib, eləcə də gecikdirilmiş günlərə görə onlara cərimə tam tətbiq edilməyib. Seçmə qaydada baxılmış 49 halda satınalma müqavilələri üzrə verilmiş elektron qaimələrə əsasən 9,9 milyon manat məbləğində cərimə sanksiyaları tətbiq olunmayıb. Dərman və tibb vasitələrinin, müxtəlif tipli reaktivlərin alınması üzrə satınalmalarda əksər hallarda tenderin şərtlər toplusunda yararlılıq müddəti ilə bağlı nəzərdə tutulmuş tələblərin müqavilə öhdəliyinə fərqli daxil edilməsi, bəzi hallarda isə müqavilə öhdəliyinə riayət edilməyərək təhvil-təslim aktlarında yararlılıq müddətinin göstərilməməsi dərman və tibb vasitələrinin, müxtəlif tipli reaktivlərin istifadəsində nəzarətin həyata keçirilməsini çətinləşdirməklə yanaşı, təchizatçılar tərəfindən yararlılıq müddəti az qalmış malların sifarişçiyə verilməsi müqavilə tələbinin pozulması ilə nəticələnib.

Bağlanılmış satınalma müqavilələri üzrə müxtəlif hallarda uyğunsuzluqlar, bir-birini təkzib edən maddələr mövcud olub ki, bu da müqavilələrin icrası üzrə müəyyən çətinliklər yaradıb.

Auditin əhatə etdiyi dövrdə agentlik tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi Qaydası”nın 3.1-ci “Agentlik tərəfindən yanvar ayının 1-dən dekabr ayının 31-dək (31-i daxil olmaqla) dövrü əhatə edən İcbari tibbi sığorta fondunun gəlir və xərcləri barədə hesabat auditor rəyi ilə birlikdə növbəti il iyunun 30-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir” bəndinin tələblərinə əməl edilməyib, bu isə fondun hesabatlılığının və şəffaflığının təmin edilməməsi ilə nəticələnib.

Avans ödənişlər istisna olmaqla satınalma müqaviləsi üzrə ödəmələr agentlik tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar əsasında həyata keçirilsə də, Vergi Məcəlləsinin müvafiq tələbləri gözlənilməyərək malların qəbulu təhvil-təslim aktları əsasında həyata keçirilib, nəticədə həm də bu hesaba cərimə sanksiyalarının tətbiq edilməsi təmin edilməyib.

Auditlə vəsaitlərin idarəedilməsi vəziyyəti də araşdırılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, agentliyin nizamnaməsinin 1.1-ci bəndinə əsasən xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri icbari tibbi sığorta fonduna cəmləşdirən, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyasını həyata keçirən və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Lakin, sığorta növlərinin ödənişinin təfərrüatlı əsaslandırma olmadan ümumi prinsiplərlə maliyyələşdirilməsi nizamnamənin göstərilən tələbinə əməl edilməməsi ilə yanaşı, TƏBİB-in tabeliyinə verilib və sığorta prinsipləri əsasında fəaliyyətdə olan tibb müəssisələrinə göstərdikləri tibbi xidmətlərin dəyərindən əlavə vəsaitin köçürülməsinə şərait yaradıb.

“Əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı” üzrə nəzərdə tutulmuş vəsaitin bölgüsü və icrası üzrə müəyyənləşdirilib ki, nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən tam olaraq 18.03.2022-ci il tarixdə İcbari Tibbi Sığorta Agentliyinə həyata keçirilsə də, Agentlik tərəfindən il ərzində tam olaraq istifadəsi təmin edilməyib, həmçinin əvvəlki illər üzrə də dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı üzrə açılmış vəsaitlərdən ilin sonuna qalıq vəsaitlər qalmaqla bərabər həmin vəsaitlərin (9,3 milyon manat) dövlət büdcəsinə geri qaytarılması təmin edilməyərək müvafiq bank hesabına qalıq vəsait olaraq keçirilib. Xərc istiqamətlərinin düzgün planlaşdırılmaması, maliyyə ili ərzində vaxtında xərc edilməməsi, gecikdirilmiş satınalma prosedurları və bu prosesin xarakterik hal alması Fondun sərəncamında kifayət qədər əhəmiyyətli vəsaitin sərbəst qalıq formasında qalmasına şərait yaradıb.

İTS-in sərəncamında əhəmiyyətli məbləğdə sərbəst qalığın və aylıq zəruri xərclər nəzərə alınmaqla gəlir potensialının artırılması üçün münbit şəraitin olmasına baxmayaraq, potensial məbləğdən tam istifadə edilməyib. Xidmətlər zərfinə daxil olmayan və əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin (1104 tibbi xidmət) tariflərinin təsdiq olunmasına baxmayaraq tibb müəssisələri üzrə nəzarət sisteminin formalaşmaması, elektron uçot sisteminin olmaması, hətta bəzi tibb xidmət növləri üzrə il ərzində vəsaitin daxil olmaması bu istiqamətdə ümumilikdə çox aşağı məbləğin formalaşmasına, İTS tərəfindən tibb müəssisələrinə ödənilən məbləğin artmasına şərait yaradıb.

Vergi orqanları tərəfindən təmin edilən büdcə gəlirləri barədə Hesabat formasının (Forma № 1V) mövcud olmasına baxmayaraq, icbari tibbi sığorta ilə bağlı inzibatçılığı həyata keçirilən gəlirlərlə əlaqədar formanın hazırlanmaması icbari tibbi sığorta haqqı ilə bağlı büdcə ilinin əvvəlinə qalıq, artıq ödəmələr, dövr ərzində hesablanmış sığorta haqları və dövrün sonuna müvafiq göstəricilər barədə müvafiq məlumatların olmamasına şərait yaratmaqla Fondun büdcə layihəsinin hazırlanmasına təsirsiz ötüşməyib”, - deyə məlumatda bildirilir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Məktəbli forması, vicdan azadlığı və dünyəvilik: sərhədlər necə müəyyənləşir?

Türk siyasi ekspert: Orta dəhliz Avrasiyanın yeni geosiyasi reallıqlarında mühüm rol oynayır

“Slaviya”da oynamış azərbaycanlı futbolçu: "Sabah" rəqibin boşluqlarından istifadə edə bilər

Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub

Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub

Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar

YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb

Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb

Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində xidmətlərin həcmi 10 faiz artıb

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib

Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurub

Bolqarıstan sahillərində iki gəmiyə hücum edilib, 8 Azərbaycan vətəndaşı xəsarət alıb

Tələbələr üçün faydalı mənbə: “Heyvan biotexnologiyası” dərs vəsaiti çapdan çıxıb

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Dövlət qulluğu üzrə imtahan verəcək namizədlərin nəzərinə: buraxılış vərəqələri aktiv edildi

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNİB

Laos Prezidenti Zəfər parkını ziyarət edib

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb

Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib

Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır

Leyla Məmmədova: Təhsil millətin gələcəyidir, bu yol isə məktəbdən başlayır

“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır

Səbail rayonunda su təchizatı bərpa olunub

UEFA-dan Əliyar Ağayeva növbəti təyinat

92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb

Borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi mexanizmi müəyyənləşdirilir

Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır

Beynəlxalq platformalarda sədrlik Azərbaycanın xarici siyasətində yeni imkanlar yaradır ŞƏRH

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçi ilə müqavilənin müddətini uzadıb

Respublika Olimpiya İdman Liseyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub

Hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

“Texniki tənzimləmə haqqında” Qanuna yeni maddə əlavə edilir

İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”

Hava gəmisi heyətinin uçuş vaxtı, iş vaxtı və istirahət vaxtı tənzimlənəcək

Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib

“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib

Kiprin iki icmasının liderləri BMT Baş katibinin təşəbbüslərini müzakirə edəcəklər

“Bug bounty” proqramına start verilir

Balıqçılıq sahəsində nəzarət və aqrar müəssisələr üçün ƏMTQ meyarları dəyişdirilir

Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü qeyd olunub

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Parlament Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib

Milli Məclis Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında sazişi təsdiqləyib

Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram

“Bakı Metropoliteni” QSC: “Sabah”ın matçı ilə əlaqədar Qırmızı xətdə iş rejimi dəyişdiriləcək

Kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

® “Bir” rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

® PAŞA Holding tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2026-2027-ci tədris ili üçün açılış tədbiri keçirilib

ÜST epidemioloji təhlükələrin vaxtında aşkarlanmasını hədəfləyən yeni strategiya elan edib

Sənaye sektorunda 51,2 milyard manatlıq məhsul istehsal edilib

Beynəlxalq Təbii Fəlakət Risklərinin Azaldılması Günü qeyd olunur

Azərbaycanda ÜDM istehsalı 1,5 faiz artıb

Gürcüstan və Özbəkistan rəsmiləri Orta Dəhlizin perspektivlərini müzakirə ediblər

Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq

Tozsoran və soyuducular da hakerlərin hədəfində: minlərlə cihaz uzaqdan idarə oluna bilər

İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclasına dair memorandum təsdiqlənib

Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb

“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 13 oktyabr

Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Vüsal Xəlilov: Ani Ödənişlər Sistemi genişləndiriləcək və fintexlər üçün yeni imkanların yaradılacaq

BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır

Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri – ŞƏRH

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

İtaliyanın Baş naziri yanacağın qiymətlərinin artması ilə bağlı Avropa İttifaqı rəhbərliyinə müraciət edib

Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir VİDEO

Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir

Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov

Gürcüstan Müdafiə Qüvvələrinin sayı gələn il 37 min nəfər olacaq

Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir VİDEO

Milli Məclisin sədri: Parlamentin üzvləri kimi dövlətimizin möhkəmləndirilməsinə kömək göstərməliyik

Qara dəniz sahillərində gəmilərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar

Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq

Səudiyyə Ərəbistanı paytaxtının hava limanı bu həftə bağlı qalacaq

“Layihə idarəetməsi” modulu üzrə təlimlərə başlanılıb

Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb VİDEO

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb VİDEO

Cənubi Azərbaycan folklorunun aktual problemlərinə dair seminar təşkil edilib

Baş katib: OPEC neft tələbatının artım proqnozunu sutkada 400 min barelə endirib

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib

Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq