Hesablama Palatası: Neft Fondunun büdcədənkənar xərcləri yaranıb
Bakı, 10 iyun, AZƏRTAC
Dövlət Neft Fondunun investisiya portfelinin valyuta tərkibinə daxil olan bir sıra valyutaların baza valyutası olan ABŞ dollarına nisbətdə dəyər itirməsi, eyni zamanda, qızıl alt portfeli üzrə qiymət dəyişimi nəticəsində Fondun büdcədənkənar xərcləri yaranıb.
Hesablama Palatasından AZƏRTAC-a bildirilib ki, 2021-ci il ərzində Dövlət Neft Fondunun investisiya portfelinə daxil olan valyutaların manata qarşı dəyişməsindən yaranan fərq üzrə büdcədənkənar xərclər 1 milyard 646,6 milyon manat, qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə büdcədənkənar xərclər manat ifadəsində 472,8 milyon manat təşkil edib. Bununla yanaşı, Fondun baza valyutasını təşkil edən ABŞ dolları ifadəsi ilə Fondun büdcədənkənar xərcləri (qızıl daxil olmaqla) 1 milyard 246,6 milyon ABŞ dolları olub. Valyutalar üzrə mənfi gəlirlilikdə əsas payı avro (710,7 milyon ABŞ dolları), TRY (138,4 milyon ABŞ dolları) və JPY (70,1 milyon ABŞ dolları) portfelləri üzrə olub. Nəticə etibarı ilə Fond hesabat ilini 4 milyard 603 milyon manat və ya 2 milyard 707,6 milyon ABŞ dolları profisitlə başa vurmasına baxmayaraq, büdcədənkənar xərclərin hesabına (2 milyard 707,6 milyon ABŞ dolları - 1 milyard 246,6 milyon ABŞ dolları) Fondun vəsaiti ilin əvvəlinə nisbətdə 1 milyard 460,8 milyon ABŞ dolları artaraq 45 milyard 25,1 milyon ABŞ dolları təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:45]
® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]