“Heydər Əliyev - tarix yaradan şəxsiyyət” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir
Xırdalan, 28 aprel ( AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev - tarix yaradan şəxsiyyət" mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev acaraq, Ulu Öndərin ölkəmizin ən yeni tarixində misilsiz rolundan, dövlətimiz və xalqımız üçün gördüyü işlərdən danışmışdır.
Konfransda rayon icra hakimiyyəti başçısının müavini İradə Gülməmmədova, Azərbaycan Ağsaqqallar Şurası rayon təşkilatının sədri, Əməkdar Müəllim Nadir Ağayev, YAP rayon təşkilatı qadınlar şurasının sədri Təyyubə Hüseynova və digərləri çıxış edərək ulu öndər Heydər Əliyevi böyük tarixi şəxsiyyət kimi xarakterizə etmişlər.
Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan xalqı bu gün öz taleyinin sahibidir. Natiqlər Heydər Əliyevin Azərbaycanın müstəqilliyini, dönməzliyini təmin etdiyini vurğulayaraq onun irsinin yaşadılmasının və nəsillərdən nəsillərə ötürülməsinin vacibliyini qeyd etmişlər. Tarix yaradan şəxsiyyətin - ulu öndər Heydər Əliyevin tarix var olduqca yaşayacağı vurğulanmışdır. Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan yeni uğurlara doğru inamla addımlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]
Azərbaycanın səfiri Türkiyə Prezidentinə etimadnaməsini təqdim edib
- 08.09.2026 [17:26]