Heydər Əliyev adına Bakı neft emalı zavodunda mövsümi tədbirlər həyata keçirilmişdir
Bakı, 23 noyabr (AZƏRTAC). Heydər Əliyev adına Bakı neft emalı zavodunun istehsalat sahələrində 2013-2014-cü illərdə payız-qış mövsümünə hazırlıq işlərinə cari ilin mayından başlanılmışdır.
Zavoddan AZƏRTAC-a bildirmişlər ki, payız-qış mövsümünə hazırlıqla bağlı əsas işlər başa çatdırılmışdır. Zavodun istehsalat, sex və sahələrində siyirtmə və dayaqlar, boru xətləri və digər avadanlıqlar qoruyucu örtüklə sarınmış, yanğından mühafizə vasitələri istilik izolyasiya təbəqə ilə örtülmüş, pəncərə və qapı çərçivələri təmir olunmuş, sıradan çıxmış istilik və su boruları dəyişdirilmiş, xidməti otaqlar istiliklə təmin edilmişdir. Mövsümi işlərin icrası zamanı müvafiq cihaz və avadanlıqlar donmayan məhlulla təmin olunmuş, istilik kondisionerləri təftiş edilmişdir. Qış aylarında yaranan problemlərin həlli məqsədilə çuqun siyirtmələr polad siyirtmələrlə əvəzlənmiş, avtomobillərin təkərləri zəncirlə təmin olunmuşdur.
Hazırda qışa hazırlıq tədbirləri çərçivəsində son tədbirlərdə başa çatdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]