HEYDƏR ƏLİYEV ADINA SARAY ƏSASLI TƏMİR OLUNUR
Heydər Əliyev adına Sarayda əsaslı təmir və yenidənqurma işləri aparılır.
Sarayın direktoru Fərhad Babayev AZƏRTAC-a bildirmişdir ki, təmir işləri Türkiyənin “Pim-Proje” şirkətinin hazırladığı xüsusi layihə əsasında “Aqrartikinti” Səhmdar Cəmiyyəti tərəfindən aprılır.
Binanın daxilinə mərmər, xarici görünüşü müasirləşdiriləcək, giriş hissənin hündürlüyi 1 metr artırılacaq, xüsusi şüşələr qurşdırılacaq, özü açılıb-bağlanan qapılar qoyulacaq, bilet kassaları təmir ediləcəkdir.
Sarayın foyesində Heydər Əliyevin büstü qoyulacaq, dövlət tədbirlərini sarayın ətrafında quraşdırılmış xüsusi monitorlar vasitəsilə izləmək mümkün olacaqdır. Binanın qarşısından keçən yolda yenidənqurma işləri aparılacaq, nəqliyyat vasitələrini saxlamaq üçün avtomat sədlər quraşdırılacaqdır.
Təmirdə ABŞ, Yaponiya, Almaniya, İtaliya və Avstriyada istehsal olunan tikinti materiallarından istifadə olunur. İşlərin 2008-ci ilin sentyabrında başa çatdırılması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.05.2026 [20:10]
“Opera Günləri” “Koroğlu” ilə başladı: səhnədə qəhrəmanlıq və sənət ahəngi
- 28.05.2026 [20:04]
Milli Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda çıxış edir
- 28.05.2026 [12:02]
Dövlət Bayrağı Muzeyi: tarix, qürur və zəfər VİDEO
- 27.05.2026 [21:11]
Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olub VİDEO
- 27.05.2026 [19:53]
Azərbaycanın xor kollektivi beynəlxalq müsabiqədə laureat adını qazanıb
- 27.05.2026 [13:58]