Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev Mərkəzində Mikelancelo Merizi da Karavacconun əsərləri sərgilənir

Bakı, 14 dekabr, AZƏRTAC

Dekabrın 13-də Heydər Əliyev Mərkəzində “Karavacco - Opera Omnia” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə məşhur italyan rəssam Mikelancelo Merizi da Karavacconun 40-dək əsərinin rəqəmsal texnologiyadan istifadə edilərək hazırlanmış reproduksiyaları təqdim edilib.

Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov deyib ki, İtaliya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 25 illiyinə həsr edilən bu sərgi Heydər Əliyev Mərkəzi və İtaliyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

“Biz ümumiyyətlə Azərbaycan ilə İtaliya arasında əlaqələrə xüsusi önəm veririk. Bu səbəbdən də ölkələrimiz arasındakı əlaqələr günü-gündən daha da genişlənir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mədəniyyətimiz İtaliyanın müxtəlif şəhərlərində təqdim edilib. Bu günədək Heydər Əliyev Mərkəzində İtaliya mədəniyyətinə dair bir sıra tədbirlər keçirilib. Burada italyan bəstəkar Umberto Cordanonun "Sibir" operası nümayiş olunub, həmçinin tanınmış modelyer Renato Balestranın Azərbaycan milli ornamentlərindən istifadə edərək yaratdığı unikal moda kolleksiyası təqdim edilib. Belə tədbirlər iki ölkə arasındakı əlaqələrə müsbət töhfəsini verməkdədir. Heydər Əliyev Fondunun dəstəyi ilə artıq altı ildir ki, Azərbaycan Venesiya Biennalesində təmsil olunur, bu sərgilərdən sonra bizim rəssamlarımız çox böyük uğurlar qazanırlar. Bilirsiniz ki, Heydər Əliyev Mərkəzi unikal arxitekturaya malikdir və bu bina tanınmış memar Zaha Hadidin əsəridir. Bu gün burada bu sərginin açılması həm də rəmzi xarakter daşıyır. Çünki Heydər Əliyev Fondu Romada Zaha Hadidin başqa bir memarlıq əsərində - MAXXI Milli Müasir İncəsənət Muzeyində Azərbaycan mədəniyyətini nümayiş etdirən "Fly to Baku" sərgisini təşkil etmişdi. Karavacconun yaradıcılığını əks etdirən bu layihənin ərsəyə gəlməsində iştirak edən hər kəsə minnətdarlığımızı bildiririk”.

İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari çıxışında deyib: “Bu tədbir ölkələrimiz arasındakı diplomatik əlaqələrin 25 illiyinin qeyd edilməsində çox mühüm hadisədir. Belə layihələrin təşkili xüsusi əhəmiyyət kəsb edir. Mikelancelo Merizi da Karavacconun əsərləri olduqca böyük anlam daşıyır. Heydər Əliyev Mərkəzi ilə birlikdə açdığımız bu sərginin təşkilindən olduqca məmnunuq. Ümid edirəm ki, bizim mədəniyyət sahəsindəki əməkdaşlığımız gələcəkdə də davan edəcək”.

Rəssamın həyat yoluna nəzər salan diplomat deyib ki, onun yaratdığı rəsmlər sənətkarın həyat yolunun heç də hamar olmadığını göstərir. Sərgidə rəssamın təqdim olunan 37 işi bir daha onun necə böyük sənət adamı olduğunu təsdiqləyir və izləyicilərin rəssamın möhtəşəm əsərləri ilə bir daha tanış olmasına imkan yaradır”.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Mikelancelo Merizi da Karavacco XVII əsr Avropa rəssamlığının islahatçısı, realizmin banisi, barokkonun görkəmli nümayəndələrindən biridir. O, Milanda dünyaya gəlib, lakin yaradıcılıq karyerası Romada başlayıb. Təbii üslubu və kəskin işıq-kölgə əleyhinə əsaslanan forması ilə XVI əsr rəsm sənətində yeni bir yol açmışdır. Qısa müddətdə özünü peşəkar rəssam kimi təsdiqləyib və əsərlərini rəssamlıqda inqilaba çevriləcək yeni dillə yaradıb. Karavacco əsərlərində işıq və qaranlığın kəskin və mükəmməl təzadını əks etdirib.

Karavacco naturalist (təbiiliyə üstünlük verən) bir sənətçi idi. Rəsmlərində hər xırda detal üzərində diqqətlə çalışması onun reallığa necə dəyər verdiyinin sübutudur. Ən incə damarlarına qədər işlənmiş yarpaqlar, ən incə dənəsinə qədər təsvir olunmuş üzüm kimi təbiətin adi elementlərinin Karavacconun əsərlərində canlanması onun təbiətə necə dəyər verdiyini bəlli edir. Gənc kişi fiqurlarını müxtəlif natürmort elementləri ilə birgə göstərən ilk rəsmlərinin ən yaxşı nümunəsi “Bakkus”dur (Bacchus). Rəsmə ümumən hakim olan klassisizm və naturalist fiqur anlayışının birləşməsi Karavacconun çatdığı formal yetkinliyin işarəsidir.

Heydər Əliyev Mərkəzində nümayiş olunan “Karavacco - Opera Omnia” sərgisi Karavacco sənəti ilə texnologiyanın yeniliklərini qovuşdurur. Reproduksiyalar əsərlərin real ölçülərində və yüksək keyfiyyətdədir.

Sərgi 2018-ci il yanvarın 24-dək davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb