Azərbaycan Dövlət İnformasiya Agentliyi

HEYDƏR ƏLİYEV: REGİONAL MÜNAQİŞƏLƏRİN HƏLL OLUNMAMASI BEYNƏLXALQ SÜLHƏ VƏ TƏHLÜKƏSİZLİYƏ MƏNFİ TƏSİR GÖSTƏRİR

Xəbər verdiyimiz kimi, Amerikanın Yel Universiteti, Təl-Əviv Universitetinin Dayan və Kamminqs adına Mərkəzi, Türkiyənin İqtisadi və Sosial Araşdırmalar Fondu sentyabın 19-21-də Nyu-Heven şəhərində (Konnektikut ştatı) “İpək Yolu XXI əsrdə” mövzusunda konfrans keçirmişlər. Azərbaycan Prezidenti Heydər Əliyev sentyabrın 21-də respublika dövlət televiziyasının peyk rabitəsi sistemi vasitəsilə konfransa qoşulmuşdur. 

Brukinqs İnstitutunun rəhbəri, ABŞ dövlət katibinin sabiq birinci müavini Stroub Talbott Prezident Heydər Əliyevi salamlayaraq, konfransın ümumi mövzusundan bir qədər kənara çıxdı və dövlətimizin başçısından Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi ilə bağlı məsələləri, habelə regionda əməkdaşlıq problemlərini işıqlandırmağı xahiş etdi.

Prezident Heydər Əliyev regional münaqişələrin beynəlxalq sülhə və təhlükəsizliyə mənfi təsir göstərdiyini xüsusi vurğulayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin həllinin gedişi üzərində dayandı. Dövlətimizin başçısı bildirdi ki, işğalçı qoşunların zəbt etdikləri ərazilərdən çıxarılması haqqında BMT Təhlükəsizlik Şurasının qətnamələri indiyədək yerinə yetirilməmiş qalır.

Azərbaycan Prezidenti konfrans iştirakçılarına Prezident Robert Koçaryanla Sədərəkdə keçirilmiş sonuncu görüşü barədə də məlumat verərək dedi ki, erməni tərəfi kompromisə meyl göstərmir, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması şərti kimi Dağlıq Qarabağın Ermənistana birləşdirilməsində təkid edir.

Azərbaycan dövlətinin başçısı bildirdi ki, həmin münaqişənin ədalətlə və beynəlxalq hüquq prinsiplərinə müvafiq surətdə həllinə nail olmaq məqsədi ilə ölkəmizin dünyada müraciət etmədiyi təşkilat qalmayıbdır. Nizamasalma məsələsində BMT-nin və ATƏT-in kifayət qədər fəallıq göstərmədiyi də vurğulandı.

Prezident Heydər Əliyev Şərq-Qərb nəqliyyat dəhlizi üçün əməkdaşlığın inkişafına və əlverişli şərait yaradılmasına ölkəmizin töhfəsini qeyd etdi. Eyni zamanda bildirdi ki, münaqişə nizama salınmadan, işğal olunmuş ərazilər azad edilmədən və təcavüzün qurbanlarına çevrilmiş soydaşlarımız öz daimi yaşayış yerlərinə qayıtmadan Ermənistanla əməkdaşlıq bizim üçün mümkün və məqbul deyildir.

Azərbaycan Prezidenti Gürcüstandakı vəziyyətdən də danışaraq, ölkəmizin bu qonşu dövlətin ərazi bütövlüyünü dəstəklədiyini dedi, Gürcüstan ərazisindəki münaqişələri bu ölkənin daxili işi kimi səciyyələndirdi.

Prezident Heydər Əliyev Azərbaycanın Gürcüstanı həmişə və indi də dəstəklədiyini xatırladaraq, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin bünövrəsinin qoyulmasının əhəmiyyətini, bir tərəfdən, iştirakçı dövlətlərin inkişafına təkan verəcək böyük birgə layihə, digər tərəfdən isə, ölkəmizin Gürcüstanı dəstəkləməsinin nümayişi kimi xüsusi vurğuladı.

Azərbaycan Prezidenti sonra konfrans iştirakçılarının suallarına cavab verdi.

Birinci sualı Gürcüstanın sabiq ədliyyə naziri, Demokratik Cəbhənin Yeni Milli Hərəkatının lideri Mixail Saakaşvili verərək, Prezident Heydər Əliyevin və onun apardığı xəttin böyük pərəstişkarı olduğunu bildirdi, Azərbaycan liderinin müdrik və ölçülüb-biçilmiş siyasətini yüksək qiymətləndirdi, bu siyasətin ölkəmizə öz ərazisindəki hərbi bazalardan yaxa qurtarmağa, eyni zamanda Rusiya ilə mehriban qonşuluq münasibətləri saxlamağa imkan verdiyini söylədi. O vurğuladı ki, buna nail olmağa, Azərbaycanın suverenliyini qoruyub saxlamağa və milli mənafelərdən əl çəkməməyə məhz Prezident Heydər Əliyevin diplomatiyası imkan vermişdir. M.Saakaşvili ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərini də müsbət qiymətləndirdi, Gürcüstanda yaşayan azərbaycanlıları bu ölkənin sabitliyi üçün təminat adlandırdı. O xatırlatdı ki, bir vaxtlar Gürcüstanı Avropa Şurasında təmsil edərkən ölkəmizin bu təşkilata qəbulu haqqında qərar qəbul olunması üçün fəal addımlar atmışdır.

M.Saakaşvili Gürcüstanın keçirdiyi çətinlikləri daha səmərəli şəkildə dəf etməsi üçün Prezident Heydər Əliyevin bu ölkəyə nə kimi məsləhət verə biləcəyi ilə də maraqlandı.

Azərbaycan Prezidenti razılaşdı ki, Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkəyə sadiqdirlər və bu dövlətdə vəziyyətin sabitliyinə təminat verən mühüm qüvvələrdən biridirlər. O ki qaldı məsləhətə, dövlətimizin başçısının fikrincə, Prezident Şevardnadze müdrik siyasətçidir və ona məsləhətlər lazım deyildir.

Prezident Heydər Əliyev region üzrə tanınmış müsəxəssis xanım Fiona Hillin İran Prezidenti Məhəmməd Xatəminin bu ilin sonunda Azərbaycana gözlənilən səfəri ilə əlaqədar Azərbaycan-İran münasibətləri barədə sualına cavab verərək dedi ki, ölkələrimizi təkcə coğrafi mövqeyi deyil, həm də mədəni və iqtisadi əlaqələrin ümumiliyi bağlayır. Prezident, eyni zamanda, nəzərə çarpdırdı ki, İranın Xəzərdə 20 faizlik zonaya malik olmaq iddiaları əsassızdır və dəniz hüququna uyğun deyildir.

Sonda S.Talbott Prezident Heydər Əliyevdən deyilənlərdən əlavə bildirmək istədiyi hər hansı fikirlərini söyləməyi xahiş etdi.

Prezident Heydər Əliyev Azərbaycanın antiterror koalsiyasında iştirakının fəal xarakter daşıdığını vurğulayaraq bəyan etdi ki, terrorizmin və təcavüzkar separatizmin bir-biri ilə nə dərəcədə sıx bağlı olduğunu ölkəmiz öz üzərində hiss etmişdir. Dövlətimizin başçısının fikrincə, həmin problemin həlli yollarını yalnız beynəlxalq hüquq prinsipləri çərçivəsində tapmaq mümkündür.

Prezident Heydər Əliyevin çıxışından sonra söhbət zamanı S.Talbott dedi ki, konfrans iştirakçıları Azərbaycan dövlətinin başçısından bir çox maraqlı, dəyərli məlumat aldılar. Verilmiş sualların və toxunulmuş mövzuların çətinliyinə baxmayaraq, Prezident auditoriya ilə gözəl dialoq apardı və onunla ünsiyyət dinləyicilərdə böyük təəssürat doğurdu.

Azərbaycan Prezidentinə sual verərkən dediyi sözləri prinsipcə təkrarlayan M.Saakaşvili də regionun problemləri ilə ABŞ-ın akademik dairələrinin daha yaxından tanış olması üçün telekörpünün əhəmiyyətini vurğuladı.

Prezident Heydər Əliyevin auditoriya tərəfindən (konfransda diplomatik korpusun, analitik mərkəzlərin nümayəndələri, ali məktəblərin tələbə və müəllimləri, habelə kütləvi informasiya vasitələrinin təmsilçiləri də daxil olmaqla, 70-dək adam iştirak edirdi) çox səmimi və böyük maraqla qarşılanmış çıxışından sonra Qırğızıstan Prezidenti Əsgər Akayev də telekörpü vasitəsilə toplaşanlara müraciət edi. Gözlənildiyinin əksinə olaraq, Prezident Edurad Şevardnadzenin çıxışı yalnız yazılı şəkildə yayıldı.

Forumda Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev də çıxış etdi, sonra isə suallara cavab verdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirə başlayıb

Dünya çempionatı: B qrupunda mübarizəyə start verilir

Azərbaycan nefti 96 dollardan baha satılır

Aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirələrə start verilir

İyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür

Dünya çempionatı: “Beşiktaş”ın hücumçusu Cənubi Koreya millisinə qələbə qazandırıb

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

“Fars”: İran hələ ABŞ ilə razılaşmanın heç bir mətnini təsdiqləməyib

İlon Mask tarixdə ilk trilyonçu olub

Konqo Demokratik Respublikasının milli komandasına ABŞ-yə getməyə icazə verilib

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO