Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyevin Azərbaycan ədibləri haqqında fikirləri

Heydər Əliyevin Azərbaycan ədibləri haqqında fikirləri

Bakı, 10 may, AZƏRTAC

Ulu Öndər Heydər Əliyev milli məfkurənin baniləri olan görkəmli şəxsiyyətlər haqqında yeri gəldikcə önəmli fikirlər söyləyib. Ayrı-ayrı tədbirlərdə səsləndirdiyi fikirlərdən əlavə Ümummilli Lider 2000-ci il dekabrın 29-da yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti zamanı da Azərbaycanın mədəni inkişaf tarixinə xronoloji ardıcıllıqla nəzər salıb, hər bir dövrün özünəməxsus xarakteristikasını verib. Eyni zamanda, həmin dövrün çiçəklənməsində mühüm xidmətləri olmuş dahi şəxsiyyətlərin fəaliyyətinə də obyektiv münasibətini nümayiş etdirib.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Gülnar Səma söyləyib. O bildirib ki, həmin müraciətdə xalqımızın əsrlər boyu yaratdığı mədəniyyət və ədəbiyyat nümunələrinin həyat eşqi, azadlıq və müstəqillik duyğuları aşıladığı göstərilib, qədim dövr Azərbaycan ədəbiyyatının qüdrətli sənətkarları haqqında dəyərli fikirlər söylənilib: “Dastanlarımız kimi möhtəşəm sənət abidələri, dünya sivilizasiya tarixində silinməz izlər qoymuş Qətran Təbrizi, Nizami Gəncəvi, Əfzələddin Xaqani, Xətib Təbrizi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi korifeylərin yaradıcılığı ümumbəşəri ideyaların tərənnümünə, haqqın, ədalətin, humanist idealların bərqərar olmasına xidmət etmişdir. Səfiəddin Urməvinin, Əcəmi Naxçıvaninin, Sultan Məhəmməd Təbrizinin dünya mədəniyyəti xəzinəsinə verdikləri incilər sənətsevərləri indi də heyran qoyur”. Bu sitatda həm Azərbaycan ədəbiyyatının folklor nümunələri, həm də orta əsrlərin ən qüdrətli şairləri nümunə göstərilir. Eyni zamanda, həmin çağlarda yaşamış musiqiçi, xəttat, memar, rəssam və başqa sənət sahələrinin təmsilçilərinin adları çəkilir. Müraciəti zamanı Heydər Əliyev xalqımızın dünya elminə bəxş etdiyi töhfələrlə fəxr etməyə haqqı olduğunu xüsusi vurğulayır və onlara da öz münasibətini əks etdirir. Nəsirəddin Tusinin, Əbülhəsən Bəhmənyarın, Şihabəddin Sührəvərdinin və digər mütəfəkkirlərin adlarının dünya elm aləminə yaxşı tanış olduğunu, Şərqdə, o cümlədən Azərbaycanda təşəkkül tapmış intibahın dünya mədəniyyəti tarixinin ən parlaq səhifələrindən biri olduğunu xatırladır.

Alim vurğulayıb ki, Heydər Əliyev həmin müraciəti zamanı bu günlə tarix arasındakı bağları nəzərdən keçirib, tarixi mərhələlər arasındakı məntiqi əlaqəni zərgər dəqiqliyi ilə göstərib. XX əsrdə qazandığımız uğurların, o cümlədən müstəqil dövlət qurmaq əzmimizin köklərini uzaq və yaxın tariximizdə, xüsusilə XIX əsrdə formalaşmış və təşəkkül tapmış qaynaqlarda axtarıb tapmaq lazım gəldiyini qeyd edir. Bildirir ki, bu qaynaqlar həm ayrı-ayrı görkəmli şəxsiyyətlərin, Abbasqulu ağa Bakıxanov və Mirzə Kazım bəy kimi nadir insanların çox uğurlu yaradıcı fəaliyyətində öz əksini tapıb, həm də birbaşa milli maarifçilik ideyalarının gerçəkləşməsi ilə bağlı olub. Doğrudan da, XIX əsrə diqqət yetirdikdə elmi nailiyyətlər sahəsində məhz iki şəxsiyyətin adı öncüllər sırasındadır ki, hər ikisinin adı müraciət zamanı çəkilib.

Ulu Öndər “Qori Müəllimlər Seminariyasının məzunlarından olan Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyov, Həbib bəy Mahmudbəyov, Rəşid bəy Əfəndiyev, Firudin bəy Köçərli kimi görkəmli maarifçilər təhsildə gedən islahatlara güclü təkan verirdilər” - fikirləri ilə həm seminariyanın, həm adları çəkilən ədiblərin, həm də maarifçilərin zamanında və sonrakı dövrdəki mövqeyinə dürüst münasibət bildirib. Bununla yanaşı, fikirlərini elə formada ifadə edib ki, adları çəkilən şəxsiyyətlərin fəaliyyətləri haqqında tam təsəvvür formalaşdırmaqla bərabər, həyata keçirilən bütün yeniliklərdən məlumatlı olursan.

Bununla yanaşı, Ulu Öndər mətbuat sahəsinin fədakarlarını da unutmur: “Bakının inkişafı, əhalinin artması, ziyalı qüvvələrin yetişməsi, informasiya məkanının genişlənməsi milli mətbuatın yaranması ehtiyacını doğururdu. Bunu ilk dərk edən görkəmli maarifçi Həsən bəy Zərdabi bu istiqamətdə məqsədyönlü iş aparırdı. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsi çıxdı və bununla Azərbaycan mətbuatının bünövrəsi qoyuldu. Cəlil Məmmədquluzadənin təşəbbüsü və başçılığı ilə nəşrə başlayan “Molla Nəsirəddin” jurnalı nəinki Azərbaycanın, hətta bütün Şərqin mətbuat tarixində özünəməxsus məktəbin əsasını qoydu. Bu, Azərbaycanda milli mətbuatın formalaşıb öz təbii inkişaf axarına düşməsindən xəbər verirdi”. Sitatın ilk cümləsinə fikir versək, görərik ki, Ümummilli Lider milli mətbuatın yaranması zərurətini tamamilə milli amillərlə bağlayır. Azərbaycan mətbuat tarixində ən önəmli yer tutan iki şəxsiyyətin adını isə ayrıca qeyd edir. Müraciət zamanı ən çox diqqət çəkən məsələlərdən biri elə budur. Yəni hər yeniliyin yaradıcısı öz yenilikləri ilə birlikdə xatırladılır.

Yeni dövrün ədəbiyyatının formalaşmasından danışarkən Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Mirzə Ələkbər Sabirin, Süleyman Sani Axundovun, Üzeyir bəy Hacıbəyovun, Nəriman Nərimanovun, Haşım bəy Vəzirovun, Cəlil Məmmədquluzadənin, Abbas Səhhətin, Məhəmməd Hadinin, Abdulla Şaiqin, Əli bəy Hüseynzadənin, Əhməd Ağaoğlunun, Əhməd Cavadın, Hüseyn Cavidin və başqalarının əvəzsiz xidmətlərini yada salır. XX əsrə qədəm qoyan Azərbaycanın artıq bir çox sahələrdə, o cümlədən mədəniyyət, maarif və milli mətbuat sahələrində olduqca mühüm nailiyyətlər əldə etdiyini, ən başlıcası isə müasir burjuaziya təbəqəsinin formalaşıb ölkənin ictimai həyatında mühüm rol oynamağa başladığını diqqətə çatdırır. Həmin dövrdə Azərbaycan ziyalılarının müxtəlif sahələrdə göstərdiyi fəaliyyətin milli dirçəliş, milli oyanış, milli ruhun aşılanması proseslərinə xidmət etdiyini də etiraf edir.

“Tarixi müraciət zamanı sovet dövrü Azərbaycan ədəbi-mədəni həyatına da yer ayrılıb, ən mühüm tarixi proseslər təhlil olunub. Bu sırada repressiyaya məruz qalmış ədiblərin yad edilməsi, onlara qarşı edilən haqsızlığın Azərbaycan üçün nə qədər böyük itki olduğunun xatırladılması xüsusilə diqqəti cəlb edir. Müraciətin hərtərəfli və əhatəli olmasına baxmayaraq, təbii ki, Ulu Öndərin ədiblərə verdiyi yüksək dəyəri yalnız bir çıxış əsasında sistemləşdirmək mümkün olmur. Çünki o, həm sovet dövründə, həm də müstəqillik dövründə etdiyi bir çox çıxışlarında Azərbaycan ədibləri haqqında fikirlərini bölüşüb. Hakimiyyətə ikinci dəfə gəldikdən sonra da yaradıcı şəxsiyyətlərə qarşı qayğıkeş münasibətini davam etdirib. Beləliklə, dərin milli köklərə malik olan Azərbaycan ədəbi fikir tarixinin öyrənilməsində Heydər Əliyevin tarixi məzmunlu çıxışlarının əhəmiyyətinə bir daha şahid olduq. Bu fikirlərin təbliği və tədqiqi dövlətçiliyimizin qorunması baxımından önəmlidir”, - deyə G.Səma fikrini yeklunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb