HİDROGEN MÜHƏRRİKLİ AVTOMOBİL SINAQDAN KEÇİRİLMİŞDİR
“Daymler-Kraysler” korporasiyası hidrogen mühərrikli minik avtomobilini Amerika yollarında uğurla sınaqdan keçirmişdir. Kompakt “Mersedes-bens” bazasında yaradılmış beşyerlik “Nikar-5” avtomobili San-Fransiskodan Vaşinqtonadək olan 5 min 200 kilometrlik yolu 16 günə qət etmişdir. Doğrudur, avtomobil cəmi 85 saat hərəkətdə olmuş, orta sürəti saatda 60 kilometr təşkil etmişdir. Lakin “Nikar-5” çox asanlıqla sürəti saatda 144 kilometrə çatdıra bilir. Bu layihənin rəhbərlərindən biri Ferdinand Penik jurnalistlərə demişdir: ”Gizlətmirəm, biz bu səyahətə başlayanda heç də tam arxayın deyildik. Lakin gözlədiyimizdən də artıq nəticələr əldə etdik. Bu, ənənəvi neft məhsullarından imtina etməyə yönəlmiş yeni ideyanın həyata keçirilməsində irəliyə doğru böyük addımdır”.
İTAR-TASS-ın verdiyi xəbərə görə, avtomobilin mühərriki kimyəvi reaksiya nəticəsində metil spirtindən alınan hidrogenlə işləyir. 64 kilometrdə orta hesabla 3,8 litr metanol sərf olunur. Penik demişdir: ”Bu göstərici daxili yanacaq mühərriki qoyulmuş müasir avtomobillərin əksəriyyətindən aşağıdır. Mühərrikdən çıxan qazın tərkibindəki zərərli qarışıqların miqdarına görə isə hətta müqayisə etmək olmaz”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [20:00]