Hindistan Çabahar limanının idarəçiliyi üçün İranla razılığa gəlib
Bakı, 13 may, AZƏRTAC
Bu gün Hindistan ilə İran arasında Çabahar limanının icarəyə verilməsi haqqında sənəd imzalanıb.
AZƏRTAC “The Economic Times” istinadla xəbər verir ki, sənəd Hindistanın limanlar, su yolları və gəmiçilik naziri Sarbanand Sonoval və İranın yollar və şəhərsalma naziri Mehrdad Bazarpaş tərəfindən imzalanıb. Sənədə əsasən 10 ildən sonra razılaşma yenilənəcək və limanın idarəçiliyi Hindistanda qalacaq.
Çabahar limanı İranın Hind Okeanına çıxışı olan yeganə böyük limanıdır. Limanı idarəçiliyə götürməklə Hindistan Orta Asiya və Əfqanıstan ilə ticarət əlaqələri qurmaq istəyir. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizində də aparıcı rol oynayır. Rusiyadan göndərilən yüklər Azərbaycan və İran ərazisindən tranzit olaraq Çabahar limanına oradan isə Hindistanın Mumbai limanına çatdırılır. Əks istiqamətə də yüklər İran və Azərbaycan ərazisindən keçərək Rusiyaya çatdıracaq.
Bu marşrutun tam olaraq fəaliyyətə başlaması Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun tikilməsindən asılıdır. Rusiya dəmir yolunun tikintisi üçün kredit verməyə hazırdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [13:11]
Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər
- 17.10.2026 [12:40]
“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub
- 17.10.2026 [12:16]
Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub
- 17.10.2026 [11:28]
Azərbaycan nefti 116 dollara satılır
- 17.10.2026 [10:44]
Birjalarda neft bahalaşıb
- 17.10.2026 [10:42]
Qızıl və gümüş bahalaşıb
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [20:00]