HİNDİSTAN FRANSAYA “MİRAJ” QIRICILARININ MODERNLƏŞDİRİLMƏSİ ÜÇÜN 2,2 MİLYARD DOLLAR DƏYƏRİNDƏ SİFARİŞ VERƏCƏKDİR
Bakı, 5 aprel (AZƏRTAC). Hindistan Fransa ilə “Miraj-2000” qırıcı təyyarələrinin modernləşdirilməsi üçün 2,2 milyard dollar dəyərində sifariş barədə razılığa gəlmişdir. Fransa bu məbləğin müqabilində zamanın sınağından çıxmış döyüş maşınlarını sonrakı nəslin təyyarəsinə çevirməyi öhdəsinə götürmüşdür. Bu məqsədlə təyyarəyə yeni radar və həmçinin radioelektronika ilə mübarizə sistemləri, silah quraşdırılacaqdır. Müqavilənin yaxın vaxtlarda imzalanacağı nəzərdə tutulmuşdur.
Eyni vaxtda məlum olmuşdur ki, Fransa Pakistanla yerli və Çin istehsalı olan “JF-17” qırıcılarının elektronika və raketlərlə təchizi barədə alqı-satqının reallaşdırılmasını dayandırmışdır. Bəzi KİV-lərin məlumatına görə, bu addım Hindistanın təzyiqi ilə atılmışdır. Çünki bu ölkə öz qərb qonşusuna müasir silahların verilməsinə qarşı çıxış edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.05.2026 [19:29]
İsveç övladlığa götürülmüş uşaqlar üçün dəstək mərkəzi yaradacaq
- 28.05.2026 [19:15]
Qlobal istiləşmə Avropada ekstremal hava şəraitini gücləndirir
- 28.05.2026 [18:55]
“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər
- 28.05.2026 [17:02]
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub
- 28.05.2026 [16:53]
BMT: Ukraynada bu ilin dörd ayında 815 mülki şəxs həlak olub
- 28.05.2026 [16:49]