Hindistanda reklam lövhəsinin aşması nəticəsində 14 nəfər ölüb
Bakı, 14 may, AZƏRTAC
Hindistanın cənub-qərbindəki Maharaştra əyalətində güclü fırtına zamanı reklam lövhəsinin aşması nəticəsində 14 nəfər ölüb, 75-ə yaxın insan yaralanıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisə ölkənin maliyyə paytaxtı Mumbayın Ghatkopar bölgəsində baş verib. Bildirilir ki, reklam lövhəsi yanacaqdoldurma məntəqəsinin yanında yerləşirdi. Qəza zamanı ölən və yaralananlar küləkdən qorunmaq üçün məntəqəyə sığınan insanlar olub.
Yerli polis və yanğınsöndürmə idarəsinin əməkdaşları yaralıları yaxınlıqdakı xəstəxanaya çatdırıblar.
Son məlumatlara görə, Mumbay polisi qanunsuz quraşdırılmış reklam lövhəsinin sahibinə qarşı cinayət işi qaldırıb. Hadisə ilə bağlı geniş araşdırmalara başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]