“Honda” şirkəti Yaponiya bazarı üçün ilk elektromobilini təqdim edib
Tokio, 27 avqust, AZƏRTAC
Yaponiyanın “Honda Motor” şirkəti bütün dünyada ekoloji normaların kəskinləşdiyi bir vaxtda daxili bazar üçün özünün ilk elektromobilini təqdim edib.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, yeni avtomobildən işə getmək və bazarlıq üçün istifadə etmək olar. Avtomobilin elektrik enerjisi doldurmadan təqribən 300 kilometr məsafə qət etdiyi bildirilir.
Sürücülərin avtomobili smartfon vasitəsilə açmasının və işə salmasının mümkün olduğu qeyd edilir. Bununla yanaşı, onun “sərbəst əllər” yüksək texnologiyalı dayanacaq sistemi ilə təchiz edildiyi də deyilir.
Oktyabrın sonlarından başlayaraq alıcılara təqdim ediləcək avtomobilin qiymətinin 4,5 milyon yen (təqribən 43 min dollar) civarında olacağı qeyd edilir. “Honda Motor” şirkəti hər il təqribən 1000 avtomobil satmağı nəzərdə tutur.
Əlavə olaraq qeyd edək ki, Yaponiyanın “Toyota”, “Nissan” və “Mazda” kimi tanınmış avtomobil istehsalçısı olan şirkətləri də cari ildə yeni elektromobillərin istehsalını planlaşdırırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [16:35]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [13:27]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [08:37]
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
- 08.08.2026 [08:21]
Böyük Britaniyada enerji borcları rekord həddə çatıb
- 08.08.2026 [06:06]
Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:38]