DÜNYA
Hulusi Akar: Ukrayna limanlarından daha üç gəminin yola düşməsi planlaşdırılır
![Hulusi Akar: Ukrayna limanlarından daha üç gəminin yola düşməsi planlaşdırılır](/files/2022/2/1200x630/16596709161729727763_1200x630.jpeg)
İstanbul, 5 avqust, AZƏRTAC
Ukrayna limanlarında gözləyən taxıl və digər ərzaq məhsullarının daşınması ilə əlaqədar Birgə Koordinasiya Mərkəzinin intensiv işi nəticəsində avqustun 5-də daha üç gəminin yola düşməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Ukraynanın müdafiə naziri Oleksey Reznikov və infrastruktur naziri Aleksandr Kubrakov ilə ayrı-ayrılıqda görüşdüklərini qeyd edən nazir bildirib ki, bu danışıqlar zamanı taxılın daşınması ilə bağlı aparılan araşdırmalar və son vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.07.2024 [19:18]
ABŞ-da atışma zamanı 3 nəfər ölüb
- 01.07.2024 [18:13]
Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb
- 01.07.2024 [18:05]
Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir
- 01.07.2024 [18:04]
Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər
- 01.07.2024 [17:27]
Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb
- 01.07.2024 [17:22]