İcraçı direktor: Növbəti mərhələlərdə həkimlərin əməyinin qiymətləndirilməsi nəticə ilə ölçülməlidir
Bakı, 2 sentyabr, AZƏRTAC
Daha çox fəaliyyət göstərən, daha yüksək nəticələr əldə edən həkimlər daha çox qiymətləndirilməli və daha yüksək əməkhaqqı almalıdırlar.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov sentyabrın 2-də keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hazırda əməyin qiymətləndirilməsi ilə bağlı tətbiq olunan yeni yanaşma məqsədəuyğundur. Bununla belə, səhiyyə sahəsində islahatlar davamlı xarakter daşımalı, sistem mütəmadi olaraq təkmilləşdirilməlidir.
“Fəaliyyətin qiymətləndirilməsi bu gün üçün məqsədlərimizi qarşılayırsa, biz sabahı da düşünməliyik. Növbəti mərhələlərdə əməyin qiymətləndirilməsi təkcə görülən işin həcmi ilə deyil, əldə olunan nəticə ilə ölçülməlidir”, - deyə Anar Bayramov vurğulayıb.
TƏBİB-in icraçı direktoru qeyd edib ki, səhiyyə sistemində əsas göstərici xəstəyə göstərilən xidmətlərin, çağırışların sayı deyil, müayinə və yaxud müalicənin insan sağlamlığına təsiridir.
Onun sözlərinə görə, bu istiqamətdə ardıcıl tədbirlər görülməli, düşüncə tərzi dəyişdirilməli və gələcəkdə həkimlərin əməyinin ödənilməsi nəticəyönümlü mexanizm əsasında həyata keçirilməlidir.
Anar Bayramov bildirib ki, ümumilikdə səhiyyə sistemi xəstəliklərə reaksiya verən modeldən sağlamlığı idarə edən sistemə keçməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [14:26]
ANAMA ilə ARMAC arasında Anlaşma Memorandumu imzalanıb
- 02.09.2026 [14:25]
Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın - DİN çağırış edir
- 02.09.2026 [14:14]
Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilir – YENİLƏNİB 2 VİDEO
- 02.09.2026 [13:58]