Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İctimai-Siyasi Sənədlər Arxivində “Yaddaşlara həkk olunmuş ömür yolu” adlı tədbir keçirilib VİDEO

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Yaddaşlara həkk olunmuş ömür yolu” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə respublikanın ictimai-siyasi həyatında fəal rol oynayan tanınmış şəxslər, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin əməkdaşları, elm və ictimaiyyətin nümayəndələri, xarici qonaqlar - Çex Respublikasının Bakıdakı səfirliyinin missiya rəhbərinin müavini Daniel Putik, Macarıstanın Bakıdakı səfirliyinin ikinci katibi, mədəniyyət və təhsil məsələləri üzrə diplomat Mihai Gruber, Gürcüstan Milli Parlament Kitabxanasının departament rəhbəri Levan Taktakişvili, KİV təmsilçiləri və Arxivin əməkdaşları iştirak ediblər.

Tədbirdən əvvəl qonaqlar Arxivin binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Arxivin foyesində tədbir iştirakçılarına İctimai-Siyasi Sənədlər Arxivində mühafizə olunan, Ulu Öndərin şərəfli həyat yolunu və çoxşaxəli fəaliyyətini əks etdirən qiymətli sənəd, fotoşəkil və nəşrlərdən ibarət sərgi nümayiş olunub.

Arxivin bələdçiləri qonaqlara “Yaddaşlara həkk olunmuş ömür yolu”, “Heydər Əliyev və İctimai-Siyasi Sənədlər Arxivi”, “Şanlı tariximizin qızıl səhifələri”, “Quruculuq salnaməsi: başlanğıc”, “Qarabağ Azərbaycandır!” adlı stendlərin şərhini verərək, Ümummilli Liderin Azərbaycana rəhbərliyi illərində əldə olunmuş uğur və nailiyyətlərə, o dövrün əsas hadisələrinə qısa ekskurs ediblər.

Tədbir Arxivin akt zalında davam edib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova “Xalqa həsr olunmuş ömür” adlı məruzə ilə çıxış edib. E.Ələkbərova 1969-1982-ci illərin Azərbaycan xalqının tarixinə parlaq quruculuq illəri kimi daxil olduğunu, Heydər Əliyevin bütün məhdudiyyətləri məharətlə adlayaraq, həmin illərdə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişikliklərinin, islahatların aparıldığını, yeni sənaye sahələrinin yaradıldığını, mütərəqqi texnologiyaların istehsalata tətbiqi əsasında Azərbaycan sənayesinin SSRİ-də qabaqcıl mövqeyə yiyələndiyini vurğulayıb. 1970-ci illərin əvvəllərindən etibarən reallaşan layihələr və aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan sənayesinin inkişafında yeni bir mərhələnin başlandığını xatırladan məruzəçi respublikaya ilk rəhbərliyi dövründə Ulu Öndərin neft sənayesi sahəsində həyata keçirdiyi islahatlarla illər sonra öz müstəqilliyini bərpa edəcək Azərbaycanın neft strategiyasının və siyasətinin təməlinin qoyulduğunu qeyd edib.

Ulu Öndərin “Güclü iqtisadiyyatı olan dövlət hər şeyə qadirdir!” müdrik kəlamını xatırlayan Elmira Ələkbərova deyib: “Ölkəmizin güclü iqtisadiyyatı, tərəqqisi, vətəndaşlarımızın rifahı Heydər Əliyevin doğru siyasi-iqtisadi kursundan qaynaqlanır. Həmin siyasi-iqtisadi kurs bu gün Ulu Öndərin layiqli davamçısı, miras qoyduğu güclü və demokratik Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən müasir dünyanın tələblərinə uyğun daha da genişləndirilərək uğurla davam etdirilir. Azərbaycan ərazi baxımından kiçik görünsə də, beynəlxalq aləmdə nüfuzu durmadan artır, onun gördüyü işlər, əldə etdiyi nailiyyətlər digər ölkə rəhbərlərini qlobal məsələlərə münasibətdə onu dinləməyə vadar edir. Məhz Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində bu gün Azərbaycan bütün dünyada siyasi və makroiqtisadi baxımdan sabit ölkə, qlobal enerji və nəqliyyat layihələrinin fəal və əvəzedilməz iştirakçısı kimi tanınır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin milli gücünün artırılmasına hesablanan ardıcıl siyasəti sayəsində Azərbaycan istənilən xarici təhdidi dəf etməyə qadir olan, dünyanın 50 ən güclü ordusu sırasında yer alan ordu qurmuş, şanlı Ordumuz və Azərbaycan xalqı Ali Baş Komandanın dəmir yumruğu ətrafında sıx birləşərək tarixi ədalətin bərpası üçün çıxdığı Zəfər yürüşündə möhtəşəm Qələbə qazanmış, öz ərazi bütövlüyünü bərpa etmiş, doğma ata-baba yurdundan didərgin düşmüş insanların 30 illik Vətən həsrətinə son qoymuşdur. Azad olunmuş əzəli torpaqlarımızdakı şəhər və kəndləri qısa müddət ərzində müasir dünya standartlarına uyğun abadlaşdırmağa, yenidən qurmağa nail olan Azərbaycanın hazırkı uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.

Tədbirdə, həmçinin Milli Məclis sədrinin müavini Fəzail İbrahimli çıxış edərək, Ulu Öndərin ölkəmizin çətin zamanlarında Azərbaycanın xilaskarı olduğunu və ölkəmizin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən, bu dahi şəxsiyyətin Azərbaycan tarixindəki əvəzsiz rolundan geniş söhbət açdı.

Daha sonra Arxivin qonağı - Gürcüstan Milli Parlament Kitabxanasının departament rəhbəri Levan Taktakişvili çıxış edərək, Gürcüstan-Azərbaycan münasibətlərindən bəhs edib və ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Tədbirin sonunda Ümummilli Liderin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

İctimai-Siyasi Sənədlər Arxivində “Yaddaşlara həkk olunmuş ömür yolu” adlı tədbir keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə tədbir keçirilib

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

Bülbülün memorial muzeyində beynəlxalq muzeylər günü qeyd olunub

İtaliyada leysan daşqınlara səbəb olub

İsveç müxalifəti: Hökumət milliyyətçi partiyaya təslim olur

Həştərxanda növbəti Xəzər Media Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Şuşa şəhəri ilə tanışlıq Belarus Prezidentində dərin təəssürat doğurub

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb