“İdeyadan uğurlu biznesə” müsabiqəsinin qalibləri açıqlanıb
Bakı, 15 noyabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Ekvita” şirkətinin dəstəyi ilə Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində keçirilən “İdeyadan uğurlu biznesə” startap müsabiqəsinin nəticələri açıqlanıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə İqtisadiyyat Nazirliyinin, KOBİA-nın, “Ekvita”nın nümayəndələrinin, Avropa İttifaqının ekspertinin və müsabiqə iştirakçılarının iştirakı ilə tədbir təşkil olunub.
Qeyd edilib ki, müsabiqənin məqsədi Azərbaycan regionları üzrə ən uğurlu startapları müəyyən etmək və onlara dəstək göstərməkdir. Yeni biznes ideyaların, məhsul və xidmətlərin yaradılmasına və inkişafına dəstək göstərilməsi də müsabiqənin məqsədləri sırasındadır. Müsabiqəyə 95 startap layihəsi təqdim olunub. Layihələr yerli və xarici ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və 3 qalib müəyyən edilib. Qalib layihələr səhiyyə, kənd təsərrüfatı və qida sahələri ilə bağlıdır. Tədbirin sonunda qaliblərə sertifikatlar və mükafat təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]