İdman gimnastlarımız Rumıniyada güclərini sınayıblar
Bakı, 25 aprel, AZƏRTAC
Rumıniyanın Kluj şəhərində idman gimnastikası üzrə Avropa çempionatı baş tutub.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, çempionatda ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev və Bense Talas təmsil ediblər. İlk dəfə bu qəbildən olan turnirdə çıxış edən idmançılarımız çoxnövçülükdə müvafiq olaraq, 48 və 41-ci yerlərdə qərarlaşıblar.
Qadın idman gimnastikasına gəldikdə isə komandamızın lideri Marina Nekrasova zədəli olduğu üçün yarışlara qatılmayıb. Digər gimnastlarımız Yuliya İnşına və Yekaterina Tişkova isə çoxnövçülükdə müvafiq olaraq, 52 və 55-ci yerlə kifayətləniblər.
Çempionat ölkəmiz üçün önəmli məqamı ilə yadda qalıb. Belə ki, ilk dəfə olaraq Avropa çempionatı kimi irimiqyaslı yarışda xalların hesablanması və video-nəzarət sistemi məhz Azərbaycanın innovativ brendi “SmartScoring” tərəfindən həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]