İki qadın güləşçimiz Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib
Bakı, 10 mart, AZƏRTAC
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışın dördüncü günündə - martın 10-da 3 qadın güləşçimiz mübarizəyə qoşulub.
Gültəkin Şirinova (53 kq) dörddəbir finalda fransalı Çadya Ayaçiyə qalib gəlib - 12:7. Həmyerlimiz yarımfinalda almaniyalı Anastasiya Blayvasla qarşılaşacaq.
Milli komandamızın üzvü Jalə Əliyeva (62 kq) dörddəbir finalda Fransanın digər təmsilçisi Amelin Duarreni "tuşe" ilə məğlub edib. Güləşçimiz yarımfinalda polşalı Paulina Malqorzata Danişlə üz-üzə gələcək.
Birgül Soltanova (65 kq) dörddəbir finalda estoniyalı Viktoriya Vessoyla gərgin idman mübarizəsi şəraitində keçən görüşdə uduzub - 7:8.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib
- 10.10.2026 [18:53]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:46]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]