İki təyyarə Varşava aeroportuna qəza enişi edib
Bakı, 15 avqust, AZƏRTAC
Bu gün iki təyyarə Varşavanın Şopen aeroportuna qəza enişi edib.
AZƏRTAC xəbər verir ki, hava limanının mətbuat xidmətinin yaydığı məlumata görə, birinci insident MD-11 yük təyyarəsi ilə bağlı olub. Enişdən sonra təyyarənin mühərriklərindən biri yanmağa başlayıb. Alov qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb. Yanğınsöndürənlərin işi ilə əlaqədar aeroportdan təyyarələrin yola salınması təxminən 30 dəqiqə dayandırılıb.
Elə həmin gün aeroporta LOT aviadaşıyıcısına məxsus Embraer sərnişin təyyarəsi də qəza enişi edib. “Kabinədə tüstülənmə baş verib. Təyyarə Varşavadan havaya qalxdıqdan az sonra aerodroma qayıdıb”, - məlumatda belə deyilir.
Göyərtədəki 96 sərnişindən heç biri xəsarət almayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]