İlan sarılmış piyalə emblemi necə yaranıb?
Bakı, 17 iyun, AZƏRTAC
Tibb elminin emblemi piyaləyə sarılmış ilan hesab edilir. Onun nə vaxtdan və nə üçün emblem kimi qəbul edildiyi tarixçəsi maraqlıdır.
AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, simvolun tarixi eramızdan əvvəl 800-600-cü illərə gedib çıxır. Qədim yunan rəvayətinə görə, işıq allahı Appollonun oğlu olan Eskulap kentavr Xironun yanında həkimlik sənətinə yiyələnmiş və hətta ölü dirildən bacarıqlı həkim kimi tanınmışdır. Səma allahı Zevs Eskulapın bütün insanları ölümsüzlüyə qovuşdurmasından qorxaraq onu ildırımla vurub öldürmüşdür. O vaxtdan Eskulap həkimliyin rəmzi hesab edilir.
Əvvəllər ilanlar və piyalə ayrı-ayrı təsəvvür edilirdi. Bunlar əslində Eskulapın böyük qızı olan sağlamlıq ilahəsi Gigeyanın atributlarıdır. O, bir əlində ilan, digərində isə piyalə ilə təsvir edilib. Qızın qoluna sarılmış ilan onun qanı ilə qidalanır, lakin indiyədək də onun anlamı mübahisəlidir. Piyalədə müalicəvi xüsusiyyətlərə malik zəhər var, ilan isə həm müdriklik və biliyi, həm ölümsüzlük və xeyirxahlığı, həm də sağlamlıq və ehtiyatlılığı əks etdirir. İlan rəsmi müxtəlif ölkələrdə fərqli mənalar ifadə edib. Tək təsvir olunmuş ilan heç bir müsbət məna kəsb etmir, tək piyalə, badə rəsmi isə ölüm rəmzi hesab olunur. Lakin iki rəsm bir yerdə olduqda başqa məna verir, lakin ilan insanların şəfası üçün sarıldığı piyaləyə zəhərini axıdır.
Asiya və Afrika ölkələrində ilan həmişə müdriklik rəmzi sayılıb, çünki onlar ilanı əhliləşdirərək ondan müalicəvi təsirə malik zəhər əldə ediblər. İlan zəhəri isə təbabətdə qiymətli dərman kimi istifadə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]
İspaniyalı ekstremal idman həvəskarı 500 gün mağarada qalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [20:00]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:28]
Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər
- 14.06.2026 [19:17]