CƏMİYYƏT
İlaxır çərşənbədə yanıq xəsarətləri ilə əlaqədar Təcili Yardıma üç müraciət daxil olub
Bakı, 30 mart, AZƏRTAC
Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına bayram tonqalında yanıq xəsarətləri almaqla bağlı ilaxır çərşənbədə - martın 15-də üç müraciət daxil oldu. Xəsarət alanlar 9-14 yaşarası uşaqlar idilər. Hər üçü yüngül xəsarətlər almışdılar.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva deyib.
N.Fərzəliyeva bildirib ki, hər üç uşağın aldığı xəsarət bədənin müxtəlif nahiyələrinin birinci, ikinci dərəcəli yanıqları idi: "Təcili yardım briqadası dərhal hadisə yerinə gedib yardım göstərdi və həmin pasiyentlər müvafiq xəstəxanalara yerləşdirildilər".