İlbər Ortaylı: Qərbi Azərbaycana qayıdışla bağlı tədbirlər davam etdirilməlidir
Ankara, 22 may, AZƏRTAC
Qərbi Azərbaycana qayıdış kimi ictimaiyyəti maraqlandıran mövzularda tədbirlər davam etdirilməlidir. Universitetləri də cəlb edərək dəyirmi masalar və seminarlar keçirilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında tanınmış türkiyəli tarixçi, elm xadimi İlbər Ortaylı səsləndirib.
Mayın 21-də Ankarada keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusundakı beynəlxalq konfransda iştirak edən alim bildirib ki, Türk dünyası üçün vacib olan bütün sahələr daim gündəmdə olmalıdır.
Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı çərçivəsində bütün aktual mövzular aktiv müzakirə olunmalıdır. “Türk dövlətləri bütün məsələlərdə bir olmalıdır. Alimlər və ictimai xadimlər proseslərə cəlb olunmalıdır. Türkiyədə daha çox azərbaycanlı görmək istərdik. Bu bir-birimizi tanımaq üçün vacib amildir”,- deyə Ortaylı vurğulayıb.
O qeyd edib ki, Türkiyədə bir çox insan uzun müddət Azərbaycanda və Qərbi Azərbaycanda yaşanan proseslərdən xəbərsiz olub. “Sovet dövründə biz azərbaycanlıları görmürdük və problemlərindən xəbərsiz idik”,- deyə alim etiraf edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Qızıl və gümüş bahalaşıb
- [10:20]
Birjalarda neft ucuzlaşıb
- [10:16]
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [20:00]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:53]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [19:39]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [19:34]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [19:05]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [19:04]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [19:02]