“İLHAMLA İRƏLİ” AKSİYASINA QOŞULANLARIN SAYI 10 MİNİ ÖTMÜŞDÜR
“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatından AZƏRTAC-a bildirmişlər ki, təşkilatın “İlhamla irəli” aksiyası getdikcə əhatəsini genişləndirir. Artıq aksiyaya qoşulanların sayı 10 min nəfəri ötmüşdür.
Bu aksiya Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin getdikcə daha da yüksək templə müşahidə olunan iqtisadi inkişafına vətəndaş dəstəyidir.
“İlhamla irəli” aksiyası səkkiz aydır ki, davam edir və ötən dövr ərzində təşkilat komitəsinin üzvləri silsilə tədbirlər həyata keçirmişlər.
Son olaraq Azərbaycanın Şimal-Qərb bölgəsinə səfər edən hərəkat üzvləri Gəncə, Tovuz, Qazax, Ağstafa, Yevlax, Göyçay, Şəmkir və Bərdədə vətəndaşlarla görüşlər keçirmişlər. Görüşlərdə “İlhamla irəli” aksiyası barədə ətraflı məlumat vermiş, suallar cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]