İmişlidə ikinci dünya müharibəsində faşizm üzərində qələbənin ildönümü qeyd edilmişdir
İmişli, 10 may (AZƏRTAC). Mayın 9-da İmişli şəhərindəki Şəhidlər Xiyabanında ikinci dünya müharibəsində həlak olanların xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılmış abidə-kompleksinin önündə keçirilən mərasimdə alman faşizmi üzərində Qələbənin 66-cü ildönümü qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları abidənin önünə gül dəstələri düzərək Böyük Vətən Müharibəsində həlak olan imişlililərin xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Səfa Ağayev müharibə iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etmiş, ikinci dünya müharibəsində tarixi qələbənin qazanılmasında azərbaycanlı döyüşçülərin şücaətini yüksək qiymətləndirmişdir.
Məktəblilərin ifasında müharibə mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Tədbir “Fidan” şadlıq evində çay süfrəsi arxasında davam etmişdir.
Bayram mərasimində çıxış edən Böyük Vətən Müharibəsi iştirakçıları ölkəmizdə müharibə iştirakçıılarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]