İmişlidə Müstəqillik Günü ilə bağlı dəyirmi masa təşkil olunub
İmişli, 27 may, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonu Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Günü münasibətilə dəyirmi masa keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, deputat Səyyad Salahlı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dəyirmi masada Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər Müstəqillik Gününün əhəmiyyətindən söz açıblar. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyətin dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynadığı qeyd edilib. Həmçinin müstəqilliyimizin bərpası və qorunması istiqamətində görülən işlərdən danışılıb. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin bərqərar edildiyi və dövlətçiliyimizin möhkəmləndirildiyi bildirib. Bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun uğurla davam etdirildiyi vurğulanıb.