İndiyədək sənaye zonalarında 5 milyard manatdan çox məhsul istehsal edilib
Bakı, 12 noyabr, AZƏRTAC
İndiyədək sənaye zonalarında 5 milyard manatdan çox məhsul istehsal edilib. Bunun 1,4 milyard manatlıq hissəsi və ya təxminən 28 faizi ixrac olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, cari ilin 9 ayında isə sənaye zonalarında məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,4 faiz artaraq 1,5 milyard manatdan çox, ixrac isə 2 dəfə artımla 545 milyon manat təşkil edib. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 14,3 faiz, ixracında 25,9 faiz olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]